Baş səhifə / Dünya / Nazir: “Rusiyada ticarət mərkəzində yanğında 64 nəfər ölüb”

Nazir: “Rusiyada ticarət mərkəzində yanğında 64 nəfər ölüb”

2

Rusiyanın Kemerovo şəhərində ticarət mərkəzində baş verən yanğında 64 nəfər ölüb.

APA-nın “ria-novosti”-yə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın fövqəladə hallar naziri Vladimir Puçkov deyib. Nazir bunun son rəqəm olduğunu bildirib.

Onun sözlərinə görə, xəsarət alanların sayı 50 nəfərdən çoxdur.

Qeyd edək ki, dünən Rusiyanın Kemerova şəhərində “Qış albalısı” ticarət mərkəzində yanğın baş verib. Hadisə zamanı ölən və xasərət alanların arasında Azərbaycan vətəndaşları olmayıb.

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …