Baş səhifə / Maraqlı / Bu ölkədə milyonçuların sayı hər gün 1700 nəfər artır – Dünyaya dair 13 maraqlı fakt

Bu ölkədə milyonçuların sayı hər gün 1700 nəfər artır – Dünyaya dair 13 maraqlı fakt

0

Dünyaya dair maraqlı statistik faktları adme.ru saytına istinadən təqdim edirik. Ümid edirik ki, bu məlumatlar hesab-kitab tutmağı sevməyən insanlar üçün də maraqlı olacaq.

Dünya xəritəsində Böyük Rusiya ilə nisbətdə çox balaca bir ərazisi olan Banqladeşin əhalisi Rusiya əhalisinin sayından 20 milyon nəfər çoxdur. Rusiyanın 143,9 milyon, Banqladeşin 165,8 milyon nəfər əhalisi var. Banqladeşin ərazisi Rusiya ərazisindən 116 000 dəfə kiçikdir.

Statistik göstəricilərə əsasən, Yer üzərindəki ağacların sayı Süd Yolu qalaktikasınakı ulduzların sayından çoxdur. Hazırda planetimizdə  təxminən 3 trillyon ağac var, Süd Yolunda görünən ulduzların sayı isə 400 milyard təşkil edir.

Almaniya uşaq sayının ən az olduğu ölkədir. Bu ölkədə 14 yaşına qədər uşaqlar əhalinin 12 faizini təşkil edir. Keniyada bu rəqəm  40 faizə bərabərdir.

Hazırda dünyada ən geniş yayılmış ad Ceyms və Meridir. 1917-2016-cı illər arasında 5 milyon Ceyms adlı oğlan, Meri adlı 3,5 milyon qız yaşayıb.

Dünyanın qızıl ölkəsi Çin hesab oluna bilər. Artıq on ildir bu ölkədə hər il 440 ton qızıl hasil edilir.

1000-ci ildən 2000-ci ilə qədər Yer kürəsində insanların sayı 22 dəfədən çox artıb. 1 iyul 1000-ci ildə yerdə 275 milyon insan olub, 2000-ci ilin 1 iyul tarixinə isə insanların sayı 6 145 006 989 nəfərə bərabər olub.

İnsan orta hesabla bir gündə 7500 addım atır. İnsanın orta ömrü 80 il hesab olunur. Bu faktlara əsaslanan araşdırmaçıların fikirlərinə görə, insan ömrü boyu 180000 kilometr yol qət edir. Bu məsafə yeri 4,5 dəfə dövr etməyə bərabədir.

Dünyada televizor qarşısında ən çox zaman keçirən xalq amerikalılardır. ABŞ vətəndaşları hər gün 270 dəqiqə televizora baxırlar. İkinci yerdə polşalılar dayanır (264 dəqiqə). Bu siyahıda Rusiya 248 dəqiqə ilə beşinci yeri tutur.

Həftənin günlərinin də doğuş sayına təsiri varmış. Dünyaya gəlmək üçün ən çətin gün şənbə imiş. Bunu  biz yox, statistika deyir. Statistikaya görə, insanların 12,8 faizi cümə axşamları günü doğulur, bazar ertəsi bu göstərici 11 faiz təşkil edir. Şənbə günləri isə bütün dünyada doğuş sayı azalaraq 10  faizə düşür.

Nüfuzlu “Cisco” şirkətinin məlumatına görə, elektron poçt vasitəsilə insanlara göndərilən məktubların 90 faizi spamdır.

Dünyanın ən işgüzar anaları danimarkalı analar hesab olunur. Bu ölkədə azyaşlı uşağı olan anaların 82 faizi işləyir. İsveçrə, Niderland və Sloveniya da bu siyahıda ön yerləri tuturlar. Bu siyahıda ən son yeri Yunanıstan anaları tutur.

Dünyanın ən populyar restoranlarından olan “Makdonalds” bir saniyədə 75 burger satır. Onların konkret zaman kəsiyində neçə müştəriyə xidmət edildiyini göstərən xüsusi saytları da var.

Hər gün ABŞ-da milyonçuların sayı 1700 nəfər artır. Statistik məlumatlara görə, bu ölkədə illik gəliri 1 milyon dollardan çox olan şəxsi təsərrüfatların sayı 8 milyondan çoxdur. Və bu məbləğin içərisinə daşınmaz əmlak, zinət məmulatları daxil deyil. (Bizimyolinfo.com)

Bunu da oxu:

Dünyanı başqa tərəfdən göstərən 12 qeyri-adi foto

Fotoqraflar bizim adi hesab etdiyimiz hər şeydə qeyri-adilik görə bilirlər. Obyektivlərin köməyi ilə bizə təqdim …