Baş səhifə / Manşet / İnternetdə sizi dinləyirlər: Səsyazmalar və şəxsi məlumatlarını silmək istəyənlər üçün faydalı linklər

İnternetdə sizi dinləyirlər: Səsyazmalar və şəxsi məlumatlarını silmək istəyənlər üçün faydalı linklər

2

Yüksək texnologiyalı avadanlıqlar həyatımıza daxil olduqdan sonra bəzi cəsus prqoramların da varlığı barəsində söz- söhbətlər dolanmağa başladı. Necə deyərlər od olmayan yerdən tüstü çıxmaz. Bu xəbərlərin əsli varmı? Əslində bəli var. Bu gün lalalady.ru saytı insanları izləyən texnologiya və bundan  necə can qurtarmaq barəsində maraqlı məlumatlar təqdim edir.

Google  sizi izləyir və bütün səs yazılarınızı xüsusi serverlərdə qoruyub saxlayır. Bu proses yalnız öz smartfonunuzdan və ya kompüterinizdən istifadə edərkən deyil, siz bu texniki avadanlıqların yanında olarkən də baş verir.Gooqle  bu səsyazmaları istifadəçilərdən gizli şəkildə həyata keçirmir. İstifadəçilər istənilən bir səhifəyə üzv olmaq istərkən təqdim olunan və demək olar ki, heç kimin sonuna qədər oxumadığı uzun -uzadı müqavilələrdə bu barədə qeyd olunur. Bəs milyonlarla insan haqqında bu məlumatlar Google şirkətinin nəyinə lazımdı?

Bütün toplanan məlumatlar şirkətin süni intellekt bazasında toplanır və emal edilir. Məhz süni intellekt sizin arzu və istəklərinizi öyrənir, bunun əsasında sizi lazımi məlumatlarla təmin edir. Məsələn,  siz diş həkiminə gedəcəksinizsə, bu barədə danışmısınızsa  şirkət sizə dental müalicə barəsində müxtəlif  materiallar  ötürməyə başlayacaq. Reklam şirkətləri şüuraltına sirayət etməklə sizə öz mallarını təlqin etməyə başlayacaqlar. İlk baxışda hər şey yaxşıdır, şirkət sizin rahatlığınız üçün çalışır. Amma  şəxsi məlumatlarınız pis niyyətli insanların əlinə keçərsə onların məxfiliyinin qorunmasına heç kim söz vermir. Yaxşı cəhət budur ki, şirkətin  toplamış olduğu məlumatları siz lazım gələrsə məhkəmə orqanları ilə çəkişmədə öz lehinizə istifadə edə bilərsiniz.

Google-dən öz şəxsi məlumatlarınızı bütövlüklə silməyə imkan verən xüsusi servis var.

Bu servisə bu linklə daxil ola bilərsiniz. Bu servis vasitəsi ilə haqqınızda olan bütün məlumatları ləğv edə bilərsiniz. Məhz burda sizin özünüz barəsində  internetə yükləmiş olduğunuz bütün informasiya qorunub saxlanılır. Bunun üçün siz siçağnın sağ düyməsi ilə ləğv etmə parametrlərini seçməlisiniz. Google sizin şəxsi məlumatlarınız – yaşınız, cinsiniz, hobbiləriniz  barəsindəki məlumatlara əsasən sizə uyğun reklam səhifələri yaradaraq təqdim edir.

www.Google.com/ads/ preferenses/ – məhz bu səhifədə sizə özəl reklamlar hazırlanır.

Sizin smartfonunuz sizin yerdəyişmələriniz barəsində məlumatları da şirkətə ötürür.İnanmırsınızsa bu barədə bu səhifədə məlumat ala bilərsiniz.

Sizin akkauntunuzdan başqa kimlərinsə istifadə edib etmədiyini bilmək istəyirsinizsə bu inkə daxil olun.

Şirkətin sizin məlumatlarınızı istifadə edən tətbiqləri barəsində isə bu link barəsində xəbər tuta bilərsiniz.

İlhamə Rəsulova / Bizimyolinfo.com

Bunu da oxu:

Dünyanı başqa tərəfdən göstərən 12 qeyri-adi foto

Fotoqraflar bizim adi hesab etdiyimiz hər şeydə qeyri-adilik görə bilirlər. Obyektivlərin köməyi ilə bizə təqdim …