Baş səhifə / Dünya / “Biz yanırıq, əlvida…” – 13 yaşlı Mariya

“Biz yanırıq, əlvida…” – 13 yaşlı Mariya

1

Rusiyanın Kemerova şəhərində “Qış albalısı” ticarət mərkəzindəki yanğında itkin düşən yeniyetmələrdən ikisinin son paylaşımı yayılıb.

Qafqazinfo” xəbər verir ki, skrinşotlar “Telegram”da yayılıb. Fotolarda 13 yaşlı Mariya Moroz və 12 yaşlı Maya Yeroxinanın son sözləri yer alıb. Mariya ticarət mərkəzində yanğın olduğunu qeyd edib. Onun son sözü “Biz yanırıq. Bəlkə də əlvida”- olub.

Maya isə “Vkontakte” hesabında sonuncu dəfə 17:44-də aktiv olub və “Bu sondur”- sözlərini yazıb.

Qeyd edək ki, yanğın zamanı itkin düşənlərin adları açıqlanıb. Mariya və Mayanın adı da həmin siyahıda yer alıb.

Bunu da oxu:

9 uşaq atası sonsuz olduğunu öyrəndi və həyatı alt-üst oldu

Şimali Afrikanın müsəlman ölkəsi Mərakeşin yerli mətbuatının gündəmini anadangəlmə sonsuz olan, lakin indiyə qədər 9 …