Baş səhifə / İdman / Azərbaycan millisi Makedoniya ilə yoldaşlıq görüşünə itki ilə çıxacaq

Azərbaycan millisi Makedoniya ilə yoldaşlıq görüşünə itki ilə çıxacaq

0

Azərbaycan milli komandası Makedoniya yığması ilə martın 27-də Türkiyənin Antalya bölgəsində keçirəcəyi yoldaşlıq görüşü ərəfəsində futbolçu itkisi ilə üzləşib.

Millinin mətbuat xidmətindən “Report”a verilən məlumatına görə, Ukrayna “Aleksandriya”sından dəvət olunmuş Pavel Paşayev zədələnib. 30 yaşlı müdafiəçi martın 23-də Belarusla qarşılaşmada ayağından xəsarət alıb. Nəticədə o, 46-cı dəqiqədə yerini digər legioner Dmitri Nazarova verib. Paşayev hazırda millinin düşərgəsində olsa da, sabahkı matçda çıxış etməyəcək.

Qeyd edək ki, “Mardan” stadionunda keçiriləcək Azərbaycan – Makedoniya matçı Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Bunu da oxu:

“Mançester Siti” transfer qadağasından canını son anda qurtarıb

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “Velez Sarsfild” klubu ingilisləri məhkəməyə verib. Argentina təmsilçisi …