Baş səhifə / Hadisə / Azərbaycanda mağaza sahibinin meyiti tapıldı

Azərbaycanda mağaza sahibinin meyiti tapıldı

0

Ağdaş rayonunda mağaza sahibinin iş yerində meyiti tapılıb.

Report“un yerli bürosunun məlumatına görə, Ağdaş şəhərində yerləşən mağazaların birinin sahibi olan, 1971-ci il təvəllüdlü Rəsul Hacıyaqub oğlu Məmmədlinin mağazada meyiti aşkarlanıb. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağdaş rayon şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bunu da oxu:

Qatil 23 dəfə atəş açıb: Türkiyə universitetində qətliamın təfərrüatları açıqlandı (Foto / Video)

Universitetin əməkdaşları hadisəyə görə rektoru günahlandırır Türkiyənin Əskişəhər vilayətində yerləşən Osmanqazi Universitetinin Təhsil fakültəsində qətliam …