Baş səhifə / Dünya / Tbilisidə nazir maşını məktəblini vurub

Tbilisidə nazir maşını məktəblini vurub

3

Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvilinin avtomobili ilə 11 yaşlı məktəbli vurulub.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, hadisə Tsxneti şossesində yerləşən məktəbin yaxınlığında baş verib. Məktəbli xəstəxanaya çatdırılıb. Onun həyatı üçün təhlükə yoxdur.

Hadisə zamanı K. Tsixelaşvilinin avtomobildə olduğu bildirilir. Dövlət naziri artıq xəstəxanada məktəbliyə baş çəkib və bildirib ki, yeniyetmə ciddi xəsarətlər almayıb

Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı araşdırma aparır.

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …