Baş səhifə / Foto / Şəkillərdə ilk olaraq nə görürsünüz? – Cavabınız sizin indiki ruh halınızdan xəbər verir

Şəkillərdə ilk olaraq nə görürsünüz? – Cavabınız sizin indiki ruh halınızdan xəbər verir

4

Ətrafımızda gördüyümüz minlərlə predmetdən diqqətimizi ilk çəkən şey bizim hazırkı ruh halımızdan xəbər verə bilər. Psixoloqların sınağından çıxmış maraqlı testi diqqətinizə çatdırırıq. Oxuyun, siz də qiymətləndirin.

Şəkildə ilk olaraq üz yoxsa balıq rəsmlərini gördünüz?

Əgər üz gördünüzsə, siz sosial yönümlü şəxsiyyətsiniz, insanlarla ünsiyyət qurmağı sevirsiniz. Əqli mülkiyyətə yatırım etməyi  və gündəlik problemılərin həllinə yönəlməyi sevirsiniz.
Əgər ilk olaraq balıqları gördünüzsə, həyatınızdan razısınız, gördüyünüz bütün işlərdə uğur qazanacağınıza inanırsınız. Əgər plandan kənar nəsə hadisə baş verirsə, siz yeni şəraitə asanlıqla uyğunlaşırsınız.
Açar dəliyi yoxsa ağlayan insan fiquru


Əgər ilk olaraq açar dəliyini gördünüzsə, həyata maraqla baxırsınız. Macəraprəsətsiniz, baş verəcək naməlum hadisələrlə toqquşmaq  xoşunuza gəlir.
Ağlayan insan fiquru gördünüzsə, demək siz hazırda emosional  gərginlik içərisindəsiniz , lakin bunun özünüz də fərqində deyilsiniz. Bu kədər, pərişanlıq, peşimanlıq, yanılmaqlıq, tənhalıq kimi hisslər ola bilər. Öz duyğularınıza daha çox diqqət yetirməyin zamanı gəlib.

Yarıaçıq qapı yoxsa not?

 

Əgər siz yarıaçıq qapı görürsünüzsə, dəyişikliklrə hazırsınız və bu istiqamətdə ilk addımlar atmısnız. Yaxın gələcəkdə baş verəcək hadisələr barəsində təsəvvürünz var.

Əgər not görürsünüzsə, yaradıcılıq baxımından özünüzü ifadə edirsiniz. Dünyaya deməyə sözünüz var. Əgər güclü səy göstərsəniz böyük potensiala sahib olduğunuzu hamı görər.

Formalı sütunlar yoxsa insanlar

 

Əgər siz il növbədə sütunlar gördünüzsə, demək ki, komfort zonasından çıxmaqda  və istədiyinizə nail olmaqda əziyyət çəkən tiplərdənsiniz. Qarşınızda yeni perspektivlərin açılması üçün dünyaya baxış bucağınızı dəyişməlisiniz. Bu eyni zamanda sizin romantik və xəyalpərəst biri olmanızdan xəbər verir.

Əgər ilk olaraq insan  fiqurlarını gördünüzsə, həyata baxışlarınızda cidi məhdudiyyətlər hiss etmirsiniz. Böyük səy göstərmədən çox şeyə nail olursunuz. Həssas, xeyirxah insan olub başqalrına yardım etməyi sevirsiniz. (Bizimyolinfo.com)

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …