Baş səhifə / Cəmiyyət / Tovuz sakinləri avtomobil yoluna nişanların qoyulmamasından narahatdırlar

Tovuz sakinləri avtomobil yoluna nişanların qoyulmamasından narahatdırlar

0

Ermənistanla həmsərhəd Tovuz rayonunun Ağdam kəndinin sakinləri yeni yolda məlumatverici-göstərici nişanların qoyulmamasından şikayətçidirlər.

“Bizim Yol”a müraciət edən Tovuz rayon Ağdam sakin Vasif Bağırov bildirib ki, yolsuzluq problemini ictimailəşdirəndən sonra Tovuz rayonunun bir neçə kəndinə asfalt yol çəkilib: “Yuxarı Öysüzlü, Vahidli və Ağdam kəndlərinin yolsuzluq problemi həll olunub. Kəndlərin yoluna asfalt örtük çəkilib. Amma yolun üzərində məlumatverici-göstərici nişanlar qoyulmayıb. Vahidli və Ağdam kəndlərinə getmək üçün Yuxarı Öysüzlü kəndinə gedən yoldan keçmək lazımdır. Yuxarı Öysüzlü kəndi ilə bağlı yolda məlumatverici-göstərici nişan olsa da, təəssüf olsun ki, Vahidli və Ermənistanla həmsərhdə olan Ağdam kəndi ilə bağlı belə bir nişan qoyulmayb. Vahidli və Ağdam kəndlərinə gələnlər məcbur qalıb addımbaşı maşını saxlayıb yerli sakinlərdən istiqaməti soruşub, maraqlanırlar”.
Sakin bildirib ki, “Bizim Yol” olaraq dəfərlərlə bu problemi ictimailəşdirəndən sorna kəndə yol çəkilib. Sonra yola nişanların qoyulacağı vədi verilsə də, əməl olunmayıb.

Ramid İbrahimov / Bizimyolinfo.com

Bunu da oxu:

Abid Şərifov: “Bu məlumatı yayanlara Allah insaf versin”

Baş nazirin sabiq müavini Abid Şərifovun səhhətinin pisləşdiyi barədə mətbuatda məlumat yayılıb. Oxu.Az xəbər verir …