Baş səhifə / Foto / Rusiyada yol polisinə atəş açan azərbaycanlılara hökm oxundu

Rusiyada yol polisinə atəş açan azərbaycanlılara hökm oxundu

1

Ryazanda yol patrul xidməti əməkdaşlarına atəş açmış iki azərbaycanlı 19 il müddətinə azadlıqdan məhrum edilib.

Oxu.Az xəbər verir ki, bu barədə “Ryazanskie novosti” məlumat yayıb.

Nəşrin məlumatına görə, gənc müttəhimlərdən biri zor tətbiq etmə yolu ilə hüquq mühafizə orqanları əməkdaşlarının həyatına qəsd etməkdə cəhddə və qanunsuz silah saxlamada təqsirli bilinib. Ona 16 il iş verilib, cəzasını ciddi rejimli kolonda keçirəcək.

Digər müttəhim isə YPX əməkdaşını zor tətbiq etməklə hədələdiyinə görə üç il müddətinə azadlıqdan məhrum edilib, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində keçirəcək.

Cinayət işi materiallarına əsasən, 2016-cı ilin noyabr ayında birinci müttəhim polis əməkdaşının üzünü bıçaqla kəsərək, aradan çıxıb. Qısa müddətdən sonra Mixaylovsk rayonunda YPX əməkdaşları yoxlanış məqsədilə onun və dostunun olduğu “Opel” markalı avtomobili saxlayıb.

Hadisə yerindən qaçmağa çalışan zaman onlar lüləsi kəsik tüfəng və travmatik tapançadan atəş açıb. Heç kim xəsarət almayıb, cinayətkarlar saxlanılıb.

Bunu da oxu:

Dünyanı başqa tərəfdən göstərən 12 qeyri-adi foto

Fotoqraflar bizim adi hesab etdiyimiz hər şeydə qeyri-adilik görə bilirlər. Obyektivlərin köməyi ilə bizə təqdim …