Baş səhifə / Cəmiyyət / Azərbaycanda universitetin 3 əməkdaşı istintaqa cəlb olunub – RƏSMİ

Azərbaycanda universitetin 3 əməkdaşı istintaqa cəlb olunub – RƏSMİ

1

Azərbaycan Texnologiya Universitetinin sabiq əməkdaşı – İdman mərkəzinin operatoru Azər Allahverdiyev sturktur rəhbərinin təqdimatı əsasında iş yerinə gəlmədiyi, vəzifə öhdəliklərini yerinə yetirməkdən aşkar şəkildə imtina etdiyi üçün Əmək Məcəlləsinin 70-ci maddəsilə işdən kənarlaşdılıb”.

Bu barədə “Bizim Yol”un sorğusuna Azərbaycan Texnologiya Universitetinin cavabında bildirilib.

Cavabda qeyd olunub ki, bu şəxs haqqında eyni zamanda daha əvvəldən yığılmış xəbərdarlıq, töhmət və şiddətli töhmət, əmək intizamı və ictimai davranış normalarını pozaraq xanım əməkdaşlara qarşı xoşagəlməz rəftar etməsi ilə bağlı Etika komissiyasının təqdimatı mövcuddur: “Azər Allahverdiyevin işə bərpa tələbi ilə qaldırdığı iddia Kəpəz Rayon Məhkəməsi tərəfindən təmin edilib. Ancaq məhkəmənin bununla bağlı qərarı hələ Azərbaycan Texnologiya Universitetinə təqdim edilmədiyindən müvafiq tədbirlərin görülməsinə başlanmayıb. Eyni zamanda qeyd etmək istərdik ki, universitet birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermək hüququna malikdir”.

Sorğuya cavabda o da bildirilib ki, 2014-cü ildə universitetdə Maliyyə Nazirliyi tərəfindən aparılan yoxlama nəticəsində meydana çıxan nöqsanlarla bağlı təqsirli bilinən 3 nəfər istintaqa cəlb olunub: “İşdən azad edilmiş həmin şəxslərlə bağlı istintaq hərəkətləri müvafiq hüquq-mühafizə orqanları tərəfindən davam etdirilir. Rektor, professor Akif Süleymanovun adı isə bu prosesdə təqsirli şəxs qismində hallandırılmır. Həmçinin qeyd etmək lazımdır ki, rəhbər vəzifə daşıyan şəxslərin fəaliyyətini qiymətləndirmək, eləcə də kimin hansı vəzifəni hansı müddətdə icra etməsi ilə bağlı qərarı vermək səlahiyyəti ali dövlət orqanları və onların rəhbərlərinə məxsusdur”.

Ali təhsil müəssisəsindən bildirilib ki, Azərbaycan Texnologiya Universitetinin professor-müəllim heyəti üzvlərindən idiyədək işdən cəmi bir nəfər işdən kənarlaşdırılıb: “O da artıq vəzifəsinə bərpa olunub. Texniki işçilərin ixtisarı isə struktur islahatları zamanı qanunvericiliyin tələbinə uyğun şəkildə həyata keçirilib və kütləvi xarakter daşımayıb”.

Ramid İbrahimov / Bizimyolinfo.com

Bunu da oxu:

Ermənistanda “məxməri inqilab” baş tutdu – Sarkisyan hakimiyyətdən getdi

Serjik 10 gün dözə bilmədi Aprelin 17-də parlamentdə təyin olunan Ermənistanın baş naziri Serj Sarqsyan, …