Baş səhifə / Gündəm / Almaniya diplomatı Azərbaycan dövlət sərhədini pozdu

Almaniya diplomatı Azərbaycan dövlət sərhədini pozdu

0

Almaniyanın tanınmış diplomatlarından biri sayılan, bu ölkənin Ermənistandakı keçmiş səfiri Hans Yohen Şmidt Azərbaycan sərhədlərini pozaraq işğal altındakı Xankəndinə gəlib.

KarabakhTV” xəbər verir ki, bu haqda torpaqlarımızda qondarılmış separatçı-terrorçu quruma mənsub media məlumat yayıb. Alman diplomat Xankəndində özünü “dövlət naziri” adlandıran Araik Arutyunyan tərəfindən qəbul edilib. Sərhəd pozucusu olan qonağını salamlayan separatçı H.Y. Şmidtə “Artsax xalqı” ilə “təmənnasız dostluğuna görə” minnətdarlığını bildirib. Erməni separatçı ilə alman diplomat “Almaniya ilə Dağlıq Qarabağ arasında iqtisadi əlaqələrin perspektivləri”ndən danışıblar.

Ermənipərəst Almaniya diplomatı separatçı-terrorçu qurumun “Milli Məclisi”nin sədri” hesab edilən Aşot Qulyan və “xarici işlər naziri” adlanan Masis Mailyanla da görüşüb.

Bunu da oxu:

İşdən çıxarılan komitə sədri yerinə gələn məmur haqqında danışdı

Bu gün ölkə Prezidneti İlham Əliyev hökumətin yeni üzvülərinin təyinatı ilə bağlı sərəncam imzalayıb və …