Baş səhifə / Dünya / Adi soyuqdəymə əl və ayaqlarının kəsilməsinə səbəb oldu

Adi soyuqdəymə əl və ayaqlarının kəsilməsinə səbəb oldu

0

ABŞ vətəndaşı Moale və Tiffani Fonoxema artıq 4 il idi birlikdə yaşayırdılar. 38 yaşlı qadın özünün 4, sevgilisinin də 2 uşağına analıq edirdi. Toya hazırlaşırdılar. Gözlənilmədən Tiffani Fonoxema adi soyuqlama nəticəsində dəhşətli bəlaya düçar oldu.

Qadın artritə qarşı  preparat qəbul edirdi və bu dərman onun immun sistemini zəiflətmişdi. 6 uşaq anası bir səhər yuxudan halsız oyandı, soyuqlamışdı və həkimə getmədən evdə özünü müalicə etməyə başladı. Lakin bir neçə gün sonra vəziyyəti ağırlaşdığına görə vətəndaş nikahında yaşadığı Moale Fonoxema onu xəstəxanaya çatdırdı. Həkimlər qadının bakterial pnevmoniyaya yoluxduğunu və yaşama şansının çox az olduğunu söylədilər.

Tiffaninin həyatını xilas etmək üçün həkimlər ona qan təzyiqini qaydaya salan dərmanlar verirdilər. Bu dərmanlar  həyati vacib orqanlara qan axımını gücləndirsə də, əl və ayaqlara qanın çatdırılmasını zəiflədirdi. Bunun nəticəsində Tiffaninin əl və ayaqları amputasiya edilməli oldu. Moale əli və ayaqları kəsildikdən sonra sevgilisini tək buraxmayaraq ona yaşamaq üçün stimul oldu. “Mən özüm onun əli-ayağı olaca]am. Tiffani əməliyyatdan sonra mənim daha onu istəməyəcəyimi düşünürdü. Lakin mən onu sevirəm və həyatda tək buraxıb getməyəcəy’m”,-  deyə Moale bildirib.

Heç kim bədbəxt hadisələrdən sığortlanmayıb, hər an qarşımıza yeni br sürpriz çıxıb həyatımızı dəyişə bilər. Dəyişməyən tək şey isə insanın insana bəslədiyi minnətsiz, təmənnasız sevgidir.

İlhamə / Bizimyolinfo.com

Bunu da oxu:

9 uşaq atası sonsuz olduğunu öyrəndi və həyatı alt-üst oldu

Şimali Afrikanın müsəlman ölkəsi Mərakeşin yerli mətbuatının gündəmini anadangəlmə sonsuz olan, lakin indiyə qədər 9 …