Baş səhifə / Dünya / «Yanğın zamanı uşaqlarımla telefon vasitəsilə əlaqə saxlayırdım. Onlar mənimlə vidalaşırdılar…» (Fotolar + Video)

«Yanğın zamanı uşaqlarımla telefon vasitəsilə əlaqə saxlayırdım. Onlar mənimlə vidalaşırdılar…» (Fotolar + Video)

2

«Yanğın zamanı mən son ana qədər uşaqlarımla telefon vasitəsilə əlaqə saxladım. Onlar mənimlə vidalaşırdılar…»

Rusiyanın Kemerovo şəhərində yerləşən ticarət mərkəzində baş vermiş yanğında həlak olanların yaxınları mitinq keçiriblər və ədalət tələb ediblər. Mitinq övladlarını itirmiş valideynlərin tükürpədici çıxışları ilə yadda qalıb.

Bizimyolinfo.com xəbər verir ki, Kemerovo sakini İqor Vostrikov yanğın zamanı bütün ailəsini itirib: Həyat yoldaşını, 3 uşağını və kiçik bacısını… Qubernatorun müavini isə onu “faciə üzərində piar qurmaqda” ittiham edib. Əvəzində İqor ona xatırladıb ki, bütün ailəsini, o cümlədən 3 övladını itirib və o, ədalətli araşdırma tələb edir.

İqorun sərt cavabı ilə üzləşən qubernator müavini Sergey Sivilyov mitinq iştirakçılarının qarşısında diz çöküb üzrxahlıq etmək istəyib, amma bu da ona kömək etməyib. Etirazçılar “İstefa” tələblərini sürdürüblər.

Yanğında 3 uşağını itirmiş ana isə bildirib ki, o uşaqlarının hər biri ilə telefon vasitəsilə son ana qədər əlaqə saxlayıb: “Onlar mənimlə vidalaşırdılar. Mən hələ də bilmirəm ki, öz uşaqlarımın qalıqlarını nə vaxt götürə bilərəm”.

Kuzbass qubertanoru Aman Tuleyev etirazçıların qarşısına çıxmayıb. Etirazçılar onun istefasını tələb edirlər. (Mənbə)

Bunu da oxu:

9 uşaq atası sonsuz olduğunu öyrəndi və həyatı alt-üst oldu

Şimali Afrikanın müsəlman ölkəsi Mərakeşin yerli mətbuatının gündəmini anadangəlmə sonsuz olan, lakin indiyə qədər 9 …