Baş səhifə / Hadisə / Bakıda yaşayış binasında yanğın – Sakinlər təxliyə edildi

Bakıda yaşayış binasında yanğın – Sakinlər təxliyə edildi

0

Bakının Qaradağ rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin saytı xəbər verir ki, beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 55 kv.m olan 3 otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları 30 kv.m sahədə yanıb, yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 5 kv.m sahədə əriyib.

Yanğın zamanı 5 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Bunu da oxu:

Qatil 23 dəfə atəş açıb: Türkiyə universitetində qətliamın təfərrüatları açıqlandı (Foto / Video)

Universitetin əməkdaşları hadisəyə görə rektoru günahlandırır Türkiyənin Əskişəhər vilayətində yerləşən Osmanqazi Universitetinin Təhsil fakültəsində qətliam …