Baş səhifə / Dünya / “Facebook” milyardlarla dollar həcmində cərimələnə bilər

“Facebook” milyardlarla dollar həcmində cərimələnə bilər

0

ABŞ-da istehlakçı hüquqlarının qorunmasına məsul olan Federal Ticarət Komissiyasının başlatdığı istintaq “Facebook”un 50 milyondan çox şəxsi məlumatın “Cambridge Analytica” siyasi konsaltinq şirkətinə necə verdiyini araşdırır.

İstifadəçi məlumatlarının başqa şirkətə verməkdə ittiham olunan “Facebook”un milyardlarla dollar həcmində cərimə olunmaq təhlükəsi ilə üzləşəcəyi ehtimal edilir. Bu barədə Komissiyanın sabiq rəhbəri Devid Vladik “Washington Post” qəzetinə verdiyi açıqlamada deyib. Belə ki, 2011-ci ildə Federal Ticarət Komissiyası ilə imzalanmış müqavilə ilə “Facebook” hər bir qanun pozuntusuna görə, 40 min dollar ödəməyi qəbul edib.

Eyni zamanda “Facebook” proqramını telefonlarına yükləyən şəxslərin mobil telefon danışıqları və qısa mesajlarının ələ keçirilməsinə görə günahlandırılan və qalmaqaldan bu günə qədər 70 milyard dollar itirən “Facebook”un qurucusu Mark Zukerberq aprelin 10-da ABŞ Senatının Ədliyyə Komissiyasında məlumatların gizliliyi mövzusunda ifadə verəcək.

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …