Baş səhifə / Texnologiya / İnternet vasitəsilə söyüş söyənlər blok ediləcəklər – Amerika şirkəti yeni qaydalara keçir

İnternet vasitəsilə söyüş söyənlər blok ediləcəklər – Amerika şirkəti yeni qaydalara keçir

2

Bu qayda Amerika nəhənginin təqdim etdiyi bütün xidmətlərə, o cümlədən Xbox Live və Skype ünsiyyət proqramlarına da aid olacaq.

Microsoft şirkəti öz siyasətində dəyişikliklərlə bağlı açıqlama yayıb. Şirkətin öz istifadəçiləri ilə bağladığı müqavilədə dəyişikliklər edilib. 1 may 2018-ci il tarixindən etibarən qüvvəyə minəcək dəyişikliklərə əsasən, ədəbsiz ifadələrə və təhqirə yer verən istifadəçilər blok ediləcəklər və şirkətin onlayn xidmətlərindən istifadə edə bilməyəcəklər.

Müqavilənin “Davranış qaydaları” bölməsində “uyğunsuz tərkib və materiallar” anlayışının ətraflı izahı verilib. Bu anlayışa uyğun gələn davranış tərzi qadağan edilir. Çılpaq fotolar, pornoqrafiya, zorakılıq səhnələri və cinayət fəaliyyəti ilə yanaşı, artıq bu siyahıda “təhqiramiz leksika” da yer alacaq.

Hələlik “təhqiramiz leksika” dedikdə hansı qrupa aid ifadələrin nəzərdə tutulduğu bilinmir. Amma nalayiq söyüşlərin bu qrupa aid olunacağı bəri başdan bəllidir.

Bunu da oxu:

Dünya “ölümsüz diktator”un əlinə keçəcək – İlon Mask xəbərdarlıq edir

İnsanların xilasolma şansı yalnız 10 faizdir Son dövrlərdə müasir texnologiya aləmində ən çox adı hallanan …