Baş səhifə / Dünya / Yunanıstan Türkiyə münasibəti gərginləşməkdə davam edir – SƏBƏB…

Yunanıstan Türkiyə münasibəti gərginləşməkdə davam edir – SƏBƏB…

1

Aralıq dənizində Yunanıstan və digər böyük şirkətlərin qaz çıxarma qurğularının işə başlaması ilə Ankara-Afina arasında əlaqələr kritikləşdi.Buna səbəb olan problemsə iki dövlət arasında Kiprin bölünməsi ilə bağlı imzalanan müqavilənin pozulması idi.Yəni Ankara razılaşdırılmamış və ya ortaqlaşa olmayan heç bir qurğunu Kipr ərazisində görmək istəmir.Buna dəlalət yaradansa Türkiyənin Şimali Kiprdə təsir etmə gücüdür.Yunanıstan tərəfi isə bu hərəkətlə Cənubi Kiprin inkişafına səy göstərdiyini və buna beynəlxalq hüququ olduğunu qeyd edir.

“Türkiyə, Aralıq dənizindəki qanunsuz fəaliyyətlərinə son verməli, Yunanıstan və Kiprin suverenlik hüquqlarına hörmət göstərməli və beynəlxalq hüquqla müəyyən edilmiş qaydalara əməl etməlidir”-deyə 25 mart Müstəqillik Günündə təşkil olunan tədbirdə öz nitqində Yunanıstan Baş naziri Aleksis Tsipras qeyd edib.

Fikrimcə, belə bir çıxışın edilməsi gələcəkdə yarana biləcək problemləri yox, sadəcə günə xitabən söylənilmiş bir nitqdir. Çünki, Yunanıstan Türkiyəylə dalaşacaq gücə sahib deyl.Bu fikri Yunanıstanın iqtisadi böhrandan olması təsdiqləyir.Əsgərlər məsələsində isə sərhədləri pozan hər vətəndaş kimi əsgərlərdə bu qanuna tabedirlər ki, Türkiyədə məhz bunu edir.

“Yunanıstandan əminəm ki, silahlı qüvvələr bizim milli suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə hər cür çətinliklərlə üzləşməyə hazırdır. Biz sülh insanlar olduğumuz üçün sülh üçün hər şeyi edirik, ancaq bizim suverenliyimizə qarşı çıxmağa çalışan hər kəs, bizim Yunan döyüşçülərimiz Osmanlı İmperatorluğunda olduğu kimi, 1821-ci ildə məhv olacaq. Böyük Osmanlı imperiyalarını düşünənlər 1821-i xatırlayırlar. 1821-ci ildə etdiyimiz kimi, milli suverenliyimizi qoruyuruq”-deyə Yunanistan müdafiyyə naziri Panos Kammenos qeyd edib.

Fikrimcə, bu çıxışda Aleksis Tsiprasın çıxışı kimi, sadəcə eksperivlik kəsb edir.Çünki, 1821-ci ildə Osmanlıda mövcud olan sistem və gerilik Türkiyədə yoxdur.Silah alan dövlət indi silah satan dövlətə çevrilmişdir.Biz bunu Afrin əməliyyatında çox yaxşı gördük ki, Türkiyə öz silahlarından istifadə etdi.Yəni Yunanistanın bu anlıq çıxışları eksperisivlikdən başqa heçnə ifadə etmir.Araşdırsaq Yunanıstanın AB daxilində kasıb ölkələr siyahısında olduğunu görmək mümkündür.

Yadigar Nağıyev, Qərbi Kaspi Universiteti Tətbiqi Politologiya Mərkəzinin eksperti / Moderator.az

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …