Baş səhifə / Dünya / Tramp şəxsi həkimini nazir postuna gətirir

Tramp şəxsi həkimini nazir postuna gətirir

0

ABŞ prezidentinin yeni təyinatları davam edir. D.Tramp təyin edəcəyi nazirin adını bu dəfə “Twitter”dəki səhifəsindən elan edib.

Keçmiş veteran işləri üzrə nazir Devid Şulkinə təşəkkürünü bildirən ABŞ prezidenti Donald Tramp prezidentin şəxsi həkimi admiral Roni Ceksonu bu posta təyin etmək istədiyini bəyan edib: “Mən hesab edirəm ki, çox nüfuzlu və hörmət etdiyim şəxs olan admiral Roni L. Ceksonun yeni veteran işləri üzrə naziri vəzifəsinə namizəd göstərmək düzgün seçimdir. Keçid dövründə Müdafiə Nazirliyindən Robert Vilki bu vəzifəni müvəqqəti olaraq icra edəcək. Ölkəmizə və çox hörmətli veteranlarımıza xidmətinə görə Devid Şulkinə minnətdarlığımı bildirirəm”.

Xatırladaq ki, Roni Cekson Donald Tramp prezident seçildikdən sonra onun ilk tibbi müayinəsini aparan həkimdir. Həmçinin R. Cekson 2001-ci ildən ABŞ-da seçkilərlə hakimiyyətə gələn prezidentlərin hamısının, Corc Buş başda olmaqla bütün ABŞ prezidentlərinin də həkimi olub. Prezidentin xüsusi həkiminin bu posta təyin edilməsi ilə bağlı sual da hələlik açıq qalır.

Mediaya sızan informasiyalara görə, Devid Şulkinin vəzifədən azad edilməsində rəhbərlik etdiyi nazirlikdə qeyri-qanuni fəaliyyətlərlə bağlı bir sıra iddiaların səslənməsinin rol oynadığı bildirilir.

Onu da qeyd edək ki, son bir ay ərzində bu, D. Tramp administrasiyasında üçüncü kadr dəyişikliyidir. Bundan əvvəl dövlət katibi Reks Tillerson və milli təhlükəsizlik üzrə müşavir Herbert Raymond Makmasterin vəzifədən azad edilmişdi. Müvafiq olaraq bu şəxslərin yerinə D. Tramp tərəfindən yüksək etimad göstərilən sabiq MKİ rəhbəri M.Pompeo dövlət katibi və C. Bolton isə milli təhlükəsizlik üzrə müşavir vəzifələrinə təyinat almışdılar. ABŞ prezidenti hələ o vaxt kadr dəyişikliyinin davam edəcəyini bəyan etmişdi. (Bizimyolinfo.com)

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …