Baş səhifə / Cəmiyyət / “…Qalmaq istəyirsənsə, mən dediyim pulu ver” – məktəb direktoruna ağır ittiham

“…Qalmaq istəyirsənsə, mən dediyim pulu ver” – məktəb direktoruna ağır ittiham

0

Bizimyolinfo.com-a müraciət edən Suraxanı rayon Yeni Günəşli qəsəbəsinin 275 nömrəli tam orta məktəbinin keçmiş direktor müavini Qasımova Şölə Qasım qızı işdən azad olunmasını qanunsuz olduğunu bildirib.

O, qeyd edib ki 2007-ci ildən bu məktəbdə işləyib: “2009-cu ildən isə 275 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini işləyidim. İşimdə heç bir nöqsanım olmayıb, ancaq tərifə və tərifnamələrə layiq görülmüşəm. Üç övladıma, xüsusən sağlamlığında problem olan uşağa təkcə maaşımla, əzab-əziyyətlə baxmışam.

Məktəbimizə 27 sentyabr 2017-ci il tarixdə yeni direktor təyin olundu. Gəldiyi gündən iclaslar keçirdi, müəllimlərdən və valideynlərdən Müəllimlər Günü ilə bağlı iclas pulu yığmağa başladı. Direktor mənə “vəzifəndə qalmaq istəyirsənsə, mən dediyim pulu ver” dedi. Mənim cavabım direktora xoş gəlmədi. 5 nəfər xadimədən istifadə edərək mənə bir həftədə 2 töhmət verdi. Hətta məni Pedaqoji Şüranın iclasında kollektivin qarşısında təhqir etdi”.

Şölə Qasımova bildirib ki, 08.02.2018 tarixdə onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarıblar. O, işdən çıxarılmasını direktorun ona qərəzli olması ilə əlaqələndirib.

Qasımova Şölə Qasım qızı iddiaları ilə bağlı Təhsil Nazirliyinə informasiya sorğusu göndərilib. Sorğuya cavabda bildirilib ki, Bakı şəhəri 275 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini Qasımova Şölə Qasım qızı ilə bağlanmış əmək müqaviləsi məktəbin Həmkarlar İttifaqı Komitəsinin müvafiq qərarına uyğun olaraq əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə 08.02.2018-ci il tarixli 22 nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 09.02.2018-ci il tarixdən ləğv edilib.

Ramid İbrahimov

Bunu da oxu:

Abid Şərifov: “Bu məlumatı yayanlara Allah insaf versin”

Baş nazirin sabiq müavini Abid Şərifovun səhhətinin pisləşdiyi barədə mətbuatda məlumat yayılıb. Oxu.Az xəbər verir …