Baş səhifə / Cəmiyyət / “Maşınları ağacların altında, binalara yaxın saxlamayın” – Bakıda dağıdıcı külək xəbərdarlığı

“Maşınları ağacların altında, binalara yaxın saxlamayın” – Bakıda dağıdıcı külək xəbərdarlığı

15

Xəbər verdiyimiz kimi, martın 30-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Eyni zamanda, güclü şimal-qərb küləyi proqnozlaşdırılır. Bu gün isə İnternetin Azərbaycan seqmentində küləklə bağlı xəbərdarlığı əks etdirən səs yazıları yayılıb.

Oxu.Az-ın məlumatına görə, səs yazılarında bildirilir ki, martın 30-da ölkə ərazisində əsəcək şimal-qərb küləyinin sürəti saniyədə 15-29 metr, saatda 54-104 kilometr təşkil edəcək.

Güclü külək nəticəsində ağacların budaqlarının qırılması, binaların damlarının uçması, reklam şitlərinin aşması ilə bağlı xəbərdarlıq edilir:

“Uşaqların məktəbə getməsini tövsiyə etmirəm. Maşınları ağacların altında, binalara yaxın yerlərdə saxlamayın”,- deyə səs yazısında qeyd edilir. İkinci səs yazısı isə dənizdə işləyənlərə ünvanlanıb. Təhlükəli hidrometeoroloji xəbərdarlıqla başlayan səs yazısında qeyd edilir ki, martın 30-dan 31-i günün ikinci yarısına qədər şimal-qərb, şimal küləyi əsəcək.

Bildirilir ki, küləyin sürətinin saniyədə 19-24, arabir 28-30 metrədək güclənəcəyi gözlənilir. Açıq dənizdə küləyin sürəti 35-38 metr-saniyə olacaq. Dalğanın hündürlüyü 2,5-4,5 metrə çatacaq. Sonrakı inkişafda dalğanın hündürlüyü 5,0-8 metrə qalxacaq.

Bunu da oxu:

24 aprel tarixinə hava haqqında məlumat

Aprelin 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif …