Baş səhifə / Dünya / 60 diplomat ölkədən çıxarılacaq, baş konsulluq bağlanacaq – Qalmaqal böyüyür

60 diplomat ölkədən çıxarılacaq, baş konsulluq bağlanacaq – Qalmaqal böyüyür

0

Bu günlərdə 60 rus diplomatının ABŞ-dan çıxarılması və Sietl ştatındakı RF Baş Konsulluğunun bağlanmasına adekvat cavab olaraq Rusiyanın Sankt-Peterburq şəhərindəki ABŞ Baş Konsulluğu bağlanacaq və 60 ABŞ diplomatı ölkədən çıxarılacaq. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib: “Bu radələrdə Amerika Birləşmiş Ştatlarının səfiri Çon Hantsman XİN-ə çağırılıb və mənim müavinim Sergey Ryabkov ABŞ hakimiyyətinə bu cavab addımının məzmununu təqdim edir”.

Alınan son xəbərə görə, Rusiya Sankt-Peterburqdakı baş konsulluğun bağlanması üçün ABŞ-a iki gün vaxt verilib. Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin saytında cümə axşamı dərc edilən xəbərdə ABŞ diplomatları 31 martdan gec olmayaraq onlara əvvəllər verilən inzibati binanı tərk etməlidirlər.

Digər bir xəbərə görə, “persona non qrata” elan edilən 60 amerikalı diplomat aprelin 5-dək Rusiyanı tərk etməlidir. Ölkəni tərk etməli olan diplomatlara Moskvadakı ABŞ səfirliyinin 58 əməkdaşı və Yekaterinburqdakı Baş Konsulluğun iki əməkdaşı daxildir.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın Donald Tramp keçmiş rus zabiti Sergey Skripalın Britaniyada zəhərlənməsi ətrafındakı vəziyyətlə bağlı Rusiya diplomatlarının ölkədən çıxarılması barədə qərar qəbul etmişdi. Bundan sonra, XİN rəhbəri S. Lavrov rus diplomatlarının ABŞ-dan çıxarılmasına cavabın adekvat olacağını söyləmişdi.

ABŞ rəhbərliyinin yüksək vəzifəli nümayəndələrinin iddialarına görə, ölkədən çıxarılan rus diplomatları kəşfiyyat fəaliyyəti ilə məşğul olurlarmış. Onlara bir həftə ərzində ABŞ-ın ərazisini tərk etmək tələbi ilə qoyulmuşdu. Həmin diplomatlar arasında BMT-dəki Rusiya Daimi Nümayəndəliyinin təxminən on əməkdaşı da var idi.

Xatırldaq ki, Böyük Britaniyadakı Salisberi ticarət mərkəzində 4 mart 2018-ci il tarixində sabiq polkovnik S. Skripal və qızı Yuliya Rusiyada hazırlandığı iddia edilən “Noviçok” sinir-iflic maddəsi ilə zəhərləniblər. Bununla bağlı bütün ittihamları rədd edən Rusiya 2017-ci ildən tamamilə bütün kimyəvi silahlarının məhv edildiyini xatırladıb. (Bizimyolinfo.com)

Bunu da oxu:

9 uşaq atası sonsuz olduğunu öyrəndi və həyatı alt-üst oldu

Şimali Afrikanın müsəlman ölkəsi Mərakeşin yerli mətbuatının gündəmini anadangəlmə sonsuz olan, lakin indiyə qədər 9 …