Baş səhifə / Texnologiya / Bu Çin telefonlarında viruslar aşkarlandı

Bu Çin telefonlarında viruslar aşkarlandı

0

“Doctor Web” antivirus laboratoriyasının mütəxəssisləri Çində istehsal olunan 45 “Android” smartfonunun zavoddan gəlmə proqram təminatında viruslar aşkarlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə “Newsru.com” məlumat yayıb.

“İstifadəçilər bildiriblər ki, bizim antivirus onların yeni telefonlarında zərərli proqram təminatı aşkarlayıb. Aparılan təhlillərdən sonra, aydın oldu ki, zərərli proqram elə telefonun daxili sistemində yerləşir, ora kənardan hər hansı virus daxil ola bilməz; böyük ehtimalla elə istehsal prosesində bu virusu ora daxil ediblər” deyə şirkətin baş direktoru Boris Şarov bildirib.

Onun sözlərinə görə, ziyanlı proqram təminatı “Android” əməliyyat sistemi ilə çalışan 45 modeldə aşkarlanıb. Söhbət əsasən “Leagoo”, “Zopo Speed 7 Plus”, “UHANS A101”, “Doogee”, “Umi London”, “Tesla SP6.2”, “Haier T51”, “Cherry Mobile Flare” adlı Çin telefonlarından gedir.

Məlumata görə, bu telefonların proqram təminatında olan qabaqcadan quraşdırılmış virus, istifadəçilərin şəxsi məlumatlarını uzun çoxsaylı serverlərə göndərə bilir.

Bunu da oxu:

Dünya “ölümsüz diktator”un əlinə keçəcək – İlon Mask xəbərdarlıq edir

İnsanların xilasolma şansı yalnız 10 faizdir Son dövrlərdə müasir texnologiya aləmində ən çox adı hallanan …