Baş səhifə / Dünya / 6 FETÖ rəhbəri həbs olundu

6 FETÖ rəhbəri həbs olundu

2

Türkiyənin rəsmi Anadolu Agentlyinin təhlükəsizlik qaynaqlarından aldığı məlumata görə, Milli Kəşfiyyat İdarəsi (MİT) Kosovo kəşfiyyatı ilə uğurlu əməkdaşlıq daxilində reallaşdırdığı əməliyyatla Türkiyədə axtarılan FETÖ / PDY-nin (Fətullahçı terror təşkilatı / Paralel dövlət strukturlaşması) 6 rəhbər şəxsi yaxalanıb.

Cihan Özkan, Qəhrəman Dəmirəz, Həsən Hüseyn Günakan, Mustafa Ərdəm, Osman Qaraqaya və Yusif Qarabina adlı şəxslər MKİ tərəfindən xüsusi bir təyyarə ilə Türkiyəyə gətirilib. Aralarında maraqlı şəxslərin də olduğu FETÖ / PDY üzvləri istintaq orqanlarına təhvil verilib.

Əldə edilən məlumata görə, əməliyyatla ələ keçirilən 6 FETÖ / PDY rəhbəri terror təşkilatının Balkan ölkələrindəki strukturlaşmasına cavadehlik fəaliyyətləri ilə yanaşı, Türkiyədəki təşkilat liderlərinin Avropa ölkələri və ABŞ-a qaçmalarını da təşkil etmək vəzifələrini yerinə yetirmişlər. Təhlükəsizlik orqanları Balkan ölkələrində terror təşkilatının strukturlaşmasına cavadeh olan Cihan Özkanın xeyriyyəçilik adı ilə bu ölkələrdə yığılan pulları (nəzir paralarını) təşkilatın liderinin yaşadığı Pensilvaniya şəhərinə göndərmək işlərini idarə etdiyini müəyyənləşdirib.

Kosovo gənclik təşkilatlanmasından məsul olan Qəhrəman Dəmirəz isə Balkan ölkələrində aktiv fəaliyyət göstərmiş və təşkilata çox sayda gənc üzvlərin cəlb olunmasının təmin edilməsində rol oynayıb. MKİ əməliyyatı ilə Türkiyəyə gətirilənlərdən Həsən Günakan regiondakı məktəb təşkilatlanmalarında müəllimlərə nəzarət edən və bu işlərdən məsul rəhbərlərdəndi.

Digər şəxslərin FETÖ / PDY üzvləri Balkan regionundakı müxtəlif təşkilat və qurumlardakı strukturlaşmalarından cavabdeh olduqları bildirilir. Belə ki, onlardan biri Osman Qaraqayanın Ərgənəkon təşkilatı ilə bağlı istintaq və məhkəmə proseslərində əsas vəzifələrdən birini öhdəsinə götürdüyü, həmin dövrdə İstanbul Ədliyyə Tibb İdarəsində FETÖ / PDY lehinə hesabatlar təşkil etdiyi, bu xidmətlərinə görə təşkilatın lideri Fətullah Gülən tərəfindən fərxri fərmanla mükafatlandırıldığı müəyyənləşdirilib. (Bizimyolinfo.com)

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …