Baş səhifə / Dünya / Öz mənzilində ölü tapıldı… Cəsədin ətrafına toplaşmış balaca heyvanlar polisləri dəhşətə gətirdi (Fotolar)

Öz mənzilində ölü tapıldı… Cəsədin ətrafına toplaşmış balaca heyvanlar polisləri dəhşətə gətirdi (Fotolar)

0

ABŞ-da 42 yaşlı keçmiş zabit Ronald Huff evində ölü tapılıb. Evində heyvan saxlayan Ronaldın ölümünün dəqiq səbəbi hələ müəyyən edilməsə də, polis ölümdən qabaq onun evdən qaçmağa çalışdığını güman edir.

Belə ki, hüququ-mühafizə orqanlarının işçiləri Ronald Huffun evinə gəldikdə təsəvvür edilməsi mümkün olmayan mənzərədən dəhşətə gəliblər. Keçmiş zabitin mənzilinə girəndə adamın cəsədinin yanında yeddi Nil kərtənkələsi görüblər. Bu ətyeyən sürünənlərin hamısının dişləri qan içərisində idi və polislərə qarşı aqressiv davranırdılar. Ronald çoxdan olmüşdü və onun öz əcəli ilə, yoxsa evin içində sərbəst şəkildə hərəkət edən ekzotik heyvanlar tərəfindən öldürüldüyü hələ də məlum deyil.

Həmin şəxsin ölümündən bir həftə sonra tapılmasına görə dövlət tibb mütəxəssisləri tərəfindən həyata keçirilən tibbi ekspertiza ölümün dəqiq səbəbini təyin etməyə imkan verməyib. Nil kərtənkələlərini zooparka təvil verənlər heyvanlardan ən aqressivini zərərsizləşdiriblər.

Bununla yanaşı, yaxınlarından biri Ronaldın əlində tez-tez dişləmə izləri olduğunu söyləyib. “O, qapının yanında uzanmışdı, sanki çıxmağa çalışırdı”,– deyən polislərdən biri kərtənkələlər onu yeməyə başladıqda hələ də yaşadığını iddia edir.

Sonda qeyd edək ki, Nil kərtənkələləri siçan və siçovullar kimi kiçik gəmirici heyvanları yeyirlər. Onları evdə saxlayanlar, adətən, onları çiy toyuq əti ilə yemləyirlər. Onların son dövrlər ekzotik heyvanlar kimi ABŞ-da populyar olmalarına baxmayaraq, kərtənkələlər kəskin dişləri və zəhərləri səbəbindən hələ də təhlükəli sayılırlar.

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …