Baş səhifə / Foto / Yaddaşı və zehni qabiliyyəti gücləndirən 10 qidal məhsulu (Siyahı)

Yaddaşı və zehni qabiliyyəti gücləndirən 10 qidal məhsulu (Siyahı)

7

İnsanlar yaşa dolduqca yaddaşsızlıq və zehni inkişafda problemlər ortaya çıxa bilər. Mütəxəssislərə görə, bunların qarşısının alınması bəzi qidaların istehlakı ilə mümkündür. Beyninizə dəstək olan bəzi qidlar var və bizdən daha “ağıllı” olan bu qidalar zehni inkişafa gücləndirici təsir göstərir. Bizimyolinfo.com bu syahının ən vacib bəndlərini diqqətinizə çatdırır.

1. Qoz

“Omeqa-3” yağ turşusu qozun tərkibində olan ən zəngin maddədir. Qozdan istifadə edərək bəzi zehni pozuntuları da bərpa etmək mümkündür. Hər gün bir ovuc qoz içi yemək sağlamlığa, çəkiyə və ürəyə müsbət təsir göstərir.

2. Çuğundur

Qırmızı çuğundur beyin funksiyası və bütün sinir sistemi üçün çox vacib olan B vitaminini özündə ehtiva edir. B vitaminləri yaddaşın yaxşılaşdırılmasına da kömək edə bilər və bir çox insanlar üçün təbii antidepressant rolu oynaya bilər.

3. Qəhvə

 

Bir fincan qəhvənin içində olan kofeinin miqdarı (80 miliqram) beyin funksiyasını yaxşılaşdırır və həm qısa, həm də uzun müddətdə yaddaş üçün çox faydalıdır. Qəhvə, həmçinin zehni problemlər yaşayan yüksək riskli yaşlı insanlar üçün faydalı ola bilər.

4. Çiyələk

Çiyələkdə olan faydalı maddələr beyin hüceyrələrini qidalandırır. Beləliklə, beyin sağlamlığını qoruyur və beyin funksiyasını yaxşılaşdırır. Çiyələk yaşla əlaqədar zehni və fiziki qabiliyyətlərinin itkisini də gecikdirir.

5. Reyhan

Beyni gücləndirmək üçün reyhan olduqca mühüm təsir göstərir və illərdir uğurla istifadə olunur. Bir istəkan reyhan çayı beyin funksiyasını yaxşılaşdırır. Reyhandan əhval-ruhiyyənin yaxşılaşdırılması və yaddaş üçün istifadə edilə bilər.

6. Kətan toxumu

Depressiya son illər milyonlarla insan üçün böyük bir problem olur. Kətan toxumunu yemək yalnız sağlam bir pəhrizin bir hissəsi deyil, depressiyaya qarşı mübarizədə faydalı ola bilər.

7. Brüssel kələmi

Sağlamlıq üçün çox faydalı olan Brüssel kələmi də yeni beyin hüceyrələrini qorumaq üçün faydalı və bədənin immun sistemi üçün çox effektlidir.

8. Kahı

Harvard Tibb məktəbinin 13-dən çox qadın üzərində apardığı araşdırmaya görə, kahı beynin qocalmasını ləngidən qida hesab edilir. Kahı hər yerdə asanlıqla yetişən bir bitki olduğuna görə həyətyanı sahədə və eyvanınızda da yetişdirə bilərsiniz.

9. Acı bibər

Bibərdə olan kapsaisin maddəsi beyində endorfin sekresiyasını təmin edir. Endorfin morfinə oxşar ağrıkəsicidir. Acı bibərin beynə müsbət təsiri olduğu da bilinir.

10. Kokos yağı

Kokos yağı beyin sağlamlığı üçün son dərəcə faydalıdır. Araşdırmalar göstərir ki, Kokos yağı yaddaşı yaxşılaşdırır və yaddaşı itirmə xəstələrinin müalicəsində faydalıdır.

Bunu da oxu:

Dünyanı başqa tərəfdən göstərən 12 qeyri-adi foto

Fotoqraflar bizim adi hesab etdiyimiz hər şeydə qeyri-adilik görə bilirlər. Obyektivlərin köməyi ilə bizə təqdim …