Baş səhifə / Dünya / Bu toyuq internet ulduzuna çevrilib: 9 gündür başsız yaşayır (Fotolar + Video)

Bu toyuq internet ulduzuna çevrilib: 9 gündür başsız yaşayır (Fotolar + Video)

7

Bir həftədən artıqdır ki, başsız yaşayan toyuğun fotoşəkilləri sosial şəbəkələrdə və elektron mediada sensasiya yaratdı. Taylandın Muanq Ratçaburi bölgəsində çəkilmiş fotoşəkillər bütün dünyanı təəccübləndirir. Həmin şəkildə başsız bir toyuq, canlı görünür və ayaqda gəzir.

Sosial şəbəkələrdə Nopponq Çithammo adlı istifadəçi tərəfindən paylaşılan şəkillərin reallığı əks etdirdiyinə şübhə yoxdur. Amma Nopponq Çithammonun toyuğun əsl sahibi olub-olmadığı dəqiq məlum deyil.

Yerli mətbuat xəbər verir ki, 9 günün tamam olmasına baxmayaraq, toyuq hələ də yaşayır.

Tailand sakini Supakade Arun Çonq adlı baytar toyuğu boynundan yemək və antibiotik verməklə yaşamasına kömək edir. Supakadenin sözlərinə görə, toyuq hələ yaşamaq istəyir və biz onu bu şəkildə bəsləyəcəyik.

Toyuğun başını necə itirdiyinə dair dəqiq bir məlumat olmasa da, başqa bir heyvan tərəfindən hücuma məruz qaldığı güman edilir.

İndiəyə qədər başı olmadan ən uzun müddət yaşayan toyuq Mayk adlandırılmışdı. 1945-ci ildə ABŞ-da rast gəlinən bu əsrarəngiz hadisənin qəhrəmanı Mayk düz 18 ay başsız yaşayıb. Fermer satış məqsədilə çoxlu sayda toyuğun başını kəsib, amma ertəsi gün onlardan biri geri qayıdıb. Ardınca fermerin ailəsi toyuğu saxlamaq qərarına gəliblər. 18 ay ərzində başsız toyuq pipet vasitəsilə qida alıb. (Bizimyolinfo.com)

Bunu da oxu:

Azərbaycanlı stronqman: 300 kiloluq təkərləri bir dəfəyə qaldırır – video

Azərbaycanda yeni idman federasiyasının əsası qoyulub. Stronqman əsasən Avropa və ABŞ-da böyük populyarlıq qazanıb. Bir …