Baş səhifə / Kriminal / 7 il əvvəl baş vermiş qətlin üstü açıldı

7 il əvvəl baş vermiş qətlin üstü açıldı

1

Goranboy rayonunda 7 il əvvəl baş vermiş qətl hadisəsinin üstü açılıb.

DİN xəbər verir ki, 2011-ci ilin sentyabr-oktyabr aylarında əvvəllər məhkum olunmuş Aydın Hüseynovun yaşadıqları İrəvanlı kəndindəki evdə münaqişə zəminində bacısı Raxşəndəni boğaraq qətlə yetirməsi, sonra onun meyitini qardaşı Adillə birgə həyətdəki tikilinin zirzəmisində basdırmaları müəyyən edilib. Meyitin basdırıldığı, hazırda Aydın Hüseynovun yaşadığı evin zirzəmisinə baxış keçirilib. R.Hüseynovanın cəsədinin qalıqları eksqumasiya edilib. Polis əməkdaşları tərəfindən hər iki şəxs saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Bunu da oxu:

Axtarışda olan 37 nəfər tutulub

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 101 cinayət faktı qeydə alınmış, onların da 21-i …