Baş səhifə / Dünya / Hələ beləsi baş verməmişdi: Əməliyyat etdilər, amma uşağı ananın bətnində tapmadılar (Fotolar)

Hələ beləsi baş verməmişdi: Əməliyyat etdilər, amma uşağı ananın bətnində tapmadılar (Fotolar)

6

İngiltərənin Lester şəhərində baş vermiş qəribə hadisə hətta uzun illər təcrübəsi olan həkimləri belə təəccübləndirib.

Doğuş sancıları ilə xəstəxanaya gətirilən ana Qeysəriyyə əməliyyatı edilib, lakin ana bətni boş olub.  Bizimyolinfo.com xəbər verir ki, Ember və Daniela Hyuz cütlüyü  dördüncü uşaqlarını gözləyirdilər. Danielanın  doğum sancıları gözlənildiyindən tez – hamiləliyin 7-ci ayında  başlayıb. Əri onu xəstəxanaya aparıb. Ana iki gün sancı çəksə də, həkimlər  hələ tez olduğunu düşünüb öncə tələsməyiblər, lakin sonra ananın da, uşağın da həyatını xilas etmək üçün Qeysəriyyə əməliyyatı etməyə qərar veriblər. Əməliyyatla ananın rəhmi yarılsa da, uşağı ananın bətnində tapmayıblar.

Sonra məlum oldu ki, uşaq  təbii yolla dünyaya gəlmək istəyib və uşaqlıq boynuna sürüşüb. Əməliyyat stolunda olan qadın körpəsini təbii yolla dünyaya gэешкьэнэ məcbur oluи. Xoşbəxtlikdəт körpə sağ-salamat həyata başlayıb və bu gün  də balaca Olli Hyuz ailəsinə sevinc bəxş etməkdədir.

Həkimlərin təcrübəsində çox hadisələr baş verib, amma doğuş zamanı ana bətnində körpəni itirmək hadisəsi ilk dəfə qeydə alınıb.

İlhamə Rəsulova

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …