Baş səhifə / Dünya / Fətullahçı keşişin Türkiyədə xristianlıq yayan missionerlik fəaliyyəti ifşa olundu

Fətullahçı keşişin Türkiyədə xristianlıq yayan missionerlik fəaliyyəti ifşa olundu

0

Aparılan istintaq prosesləri nəticəsində aydın olur ki, Türkiyə ilə ABŞ arasında münasibətlərin neçə ildir gərginləşməsinin əsas səbəbkarlarından biri olan Diriliş kilsəsinin keşişi Andrü Kreyq Brunson və PKK-çı olsa da, din xadimi kimi yetişdirdiyi mənəvi oğlu Məhmət Ö. İzmirdəki kürd mənşəli vətəndaşları xristianlaşdırmaq üçün geniş fəaliyyət göstəriblər.

İzmirdə casusluq ittihamı ilə həbs olunan və 35 ilə qədər həbs cəzası tələb edilən ABŞ-dan olan keşiş Andrü Kreyq Brunsonun xristian olmaq üçün razı saldığı kürd mənşəli vətəndaşları təxminən iki aylıq dini təhsilin ardından İzmir körfəzində xaç suyuna saldığı ortaya çıxıb. Türkiyənin “Yeni əsr” qəzetinin əldə etdiyi məlumat və fotoşəkillərdə, A. K. Brunson və missioner dəstəsinin kilsə idarəçiliyi və nizamnaməsinə tabe olub, kilsənin hədəfləri istiqamətində çalışacağına söz verənlər üçün xüsusi xaç suyuna salınma mərasimləri təşkil etdiyi görünür.

Fətullahçı və PKK terror təşkilatları adından cinayət törətdiyi iddiası ilə təxminən iki ildir həbsxanada məhbus həyatı yaşayan və haqqında İzmir respublika prokuroru Berkant Qaraqaya tərəfindən iddianamə hazırlanan amerikalı keşiş A. Brunson həm xristian missioneri olub, həm fətullahçılarla əlbir çalışıb, həm də Diriliş kilsəsi icmasına Türkiyənin şərq vilayətlərindən, xüsusilə Suriyadan qaçqın kimi ölkəyə gələn terror təşkilatına simpatiyası olan kürd mənşəli separatçı və PKK-çıları xristianlaşdırmaq üçün səy göstərib.

Hədəfləri istiqamətində özünə itaət edəcək kürd mənşəli Suriya və Türkiyə vətəndaşlarına xüsusi maraq göstərən A. Brunsonun “mənəvi oğlum” dediyi və PKK-çı olduğu dəqiqləşdirilən Məhmət Ö. və onun köməkçiləri ilə birlikdə “günahlarından təmizlənmək istəyənləri” xüsusi mərasim paltarları ilə dənizə soxub çıxardıqları da təsbit edilib.
A. Brunsonun həyat yoldaşı Norin Linin də iştirak etdiyi mərasimlərin sonunda protestantların Yaradana ibadət anlayışlarının şərti kimi Diriliş kilsəsi icması üzvlərinin əhatəsində musiqi sədaları altında rəqs edən PKK-çılar dualar oxuyub, bu şəkildə “xilas” olduqlarını qeyd ediblər. (Bizimyolinfo.com)

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …