Baş səhifə / Dünya / NATO-ya “sarsıdıcı zərbə”: Narkomanlar NATO zabitinin noutbukunu oğurladılar (Video)

NATO-ya “sarsıdıcı zərbə”: Narkomanlar NATO zabitinin noutbukunu oğurladılar (Video)

1

Bu günlərdə Estoniyanın paytaxtı Tallinndə narkotik aludəçiləri şəhərdə ezamiyyətdə olan NATO zabitlərindən birinin məxfi məlumatların yer aldığı noutbukunu oğurlayıblar.

Müşahidə kameralarına yaxalanan narkomanlar polisin əlinə keçənə qədər tələbatlarını ödəyən narkotik maddənin əldə edilməsi üçün kompüteri satmağa müvəffəq olublar.

Əldə edilən məlumata görə, narkoman-oğruların hədəfinə tuş gələn zabit Almaniya Silahlı Qüvvələrinin nümayəndəsi polkovnik Frans Lantenhammer olub. Tallindən Frankfurta uçmaq istəyən NATO zabiti hava limanın yaxınlığında maşını saxlayıb 1 saat müddətinə harasa gedib. Bu müddət oğrulara bəs edib ki, kiberhücumlardan müdafiə mərkəzi rəhbərinin maşınının şüşəsini sındırsınlar və özündən daha dəyərli məxfi məlumatlara malik infromasiya daşıyıcısını oğurlasınlar. Tezliklə qayıdan polkovnik avtomobilin şüşələrindən birinin sındırılmasının və noutbukunun oğurlanmasının şahidi olur.

Tezliklə şəhərin bütün polisləri ayağa qaldırılıb. Müşahidə kameralarından əldə edilən videosüjetə görə oğruları tez tapmaq mümkün olub. Oğrular yerli narkomanlar imiş. Onlar şikayətçidən də, polislərdən də cəld tərpənərək artıq gündəlik dozalarını əldə etmək üçün noutbuku 50 avroya satmağı bacarıblarmış. Gün ərzində noutbuk yararlı halda öz sahibinə qaytarılıb. (Bizimyolinfo.com)

Bunu da oxu:

9 uşaq atası sonsuz olduğunu öyrəndi və həyatı alt-üst oldu

Şimali Afrikanın müsəlman ölkəsi Mərakeşin yerli mətbuatının gündəmini anadangəlmə sonsuz olan, lakin indiyə qədər 9 …