Baş səhifə / Maraqlı / “Tualetdə özümüzü unitaza bağlamalı olurduq” – Astronavt kosmosdakı həyatdan danışır

“Tualetdə özümüzü unitaza bağlamalı olurduq” – Astronavt kosmosdakı həyatdan danışır

4

6 ay müddətində kosmosda yaşamalı olmuş rusiyalı astronaft  Sergey Lazutkin Türkiyədə təşkil olunmuş bir seminarda jurnalistlərin suallarını cavablandırarkən çox maraqlı açıqlamalar verib. Bizimyolinfo.com kosmonavtların Yerdənkənar məişət həyatı haqqında maraqlı məlumatları təqdim edir.

“Mən mühəndisəm, kosmosda işimin adı bu idi. Yerdən kənarda əsasən yeməklərimiz üün darıxacağımı düşünürdüm. Lakin astronavtlara verilən yeməklər də ləzzətli olur. Sümüklərimiz və əzələlərimiz zəifləməsin deyə gün içərisində iki dəfə idman etməyə məcbur idik. Lakin idman alətlərinə özümüzü bağlamalı olurduq ki, havada uçmayaq. Kosmosda su kapsulalara yerləşdirilir və kapsuladan buraxılan kimi su damlaları şəklində havada uçuşur. Buna görə duş alarkən havada uçuşan su damlalarını əlimizlə toplayıb bədənimizə sürtməli olurduq. Tualetə gedərkən də özümüzü unitaza bağlamalı olurduq. Kosmosda unitaza axıdılan çirkab suyu xüsusi qurğularla təmizləyib təkrar istifadə edirdik”,- deyə kosmonavt bildirib.

Kosmosda keçən 6 aylıq həyatdan sonra Yerdə uyğunlaşmaq çətinlik törədir. “İlk günlər cazibə qüvvəsinin təsiri ilə ürəyim bulanır və qusurdum. Buna görə jurnalistlərin suallarını cavablandıracaq halım da qalmırdı”,- deyə o əlavə edib.

Kosmonavt olmaq istəyən gənclər nə etməlidirlər?

– Kosmonavt olmaq istəyən insan öncə psixoloi cəhətdən çox dözümlü olmaldır, səbrli olmalıdır, hadisələri olduğu kimi qəbul etməyi və soyuqqanlı yanaşmağı öyrənməlidir. Öncə Yer kürəsinə səyahət edib Yeri yaxşıca öyrənmək lazımdır. Sonra astronavtlara həyatda qala bilmək üçün laızm olan bütün vərdişlər bir bir öyrədilir. Təyyarə sürmək, paraşütlə tullanmaq, üzmək, balıq  tutmaq, su altında qala bilmək, müxtəlif iqlim şəraitlərinə uyğunlaşmaq öyrədilir. 2 il bu sınaqlara dözdükdən sonra uçuş testlərinə icazə verilir.

Qeyd edək ki,  61 yaşlı Lazutkin  1997-ci ildə  kosmik səfərə çıxıb. “Mir” kosmik stansiyasında baş vermiş qəzada qəhrəmancasına fəaliyyət  göstərərək missiyanı xilas etməyi bacarmışdı.

İlhamə

Bunu da oxu:

Dünyanı başqa tərəfdən göstərən 12 qeyri-adi foto

Fotoqraflar bizim adi hesab etdiyimiz hər şeydə qeyri-adilik görə bilirlər. Obyektivlərin köməyi ilə bizə təqdim …