Baş səhifə / Dünya / Rusiya həyəcan təbili çalır: Rakkada üsyan başlayıb

Rusiya həyəcan təbili çalır: Rakkada üsyan başlayıb

0

Rusiyanın Baş qərargah rəisi həyəcan təbili çalır

Martın 30-da ABŞ prezidenti Donald Trampın Silahlı Qüvvələrinin tezliklə Suriyadan çəkilməsi barədə bəyanatı, ardınca Fransa prezidenti Emmanuel Makronun Türkiyənin mübarizə apardığı PKK-nın Suriyadakı qanadına dəstək verəcəkləri barədə açqılaması onsuz da ciddi böhran dövrünü yaşayan Yaxın Şərqdə vəziyyəti bir qədər də gərginləşdirib.

Suriyadan gələn son xəbər isə regionda marağı olan bütün dövlətlər üçün gözlənilməz olub. Rusiyanın Baş qərargah rəisi Sergey Rudskoy Suriyada vaxtilə İŞİD-in paytaxt elan etdiyi Rakka şəhərində baş verənlərlə bağlı təcili açıqlama yayıb. ABŞ-ın dəstəyi sayəsində terror təşkilatı PKK-nın Suriyadakı qanadı olan YPG-nin nəzarətinə keçən Rakkada xalqın qiyama başladığı barədə xəbərləri şərh edən S. Rudskoy deyib: “Xalq təzyiq və cəzalarla qarşı-qarşıya qalır, məcburi şəkildə əhalini başqa yerə köçürürlər. Bu da yerli xalq arasında böyük narazılıq yaradır”.

RF Baş qərargah rəisinin sözlərinə görə, Rakkada vəziyyət olduqca kritikdir, şəhərin yaxınlığında yerləşən və ABŞ-ın dəstəklədiyi silahlı qrupların nəzarətində olan bölgələrdə xalq həqiqətən qiyama başlayıb. Şəhərdə vəziyyətin acınacaqlı olduğunu bəyan edən Rusiyanın Baş qərargah rəisi sosial-məişət problemlərinin ifrat dərəcədə ağır olduğunu dilə gətirib: “Təxminən 95 min nəfərin yaşamaq üşün evlərinə geri qayıtdığı Rakka şəhərində infrastrukturlar tamamilə dağılmış vəziyyətdədir. Şəhərin sakinləri sosial xidmətlərdən istifadə edə bilmirlər. Şəhərdə yalnız bir xəstəxana və doğum evi var”.

Şəhərdə su problemi olduğunu ifadə edən S. Rudskoy Rakkanın yaxınlığındakı Əl Mənsur yaşayış məntəqəsində məskunlaşan suriyalılar ABŞ-ın dəstəklədiyi silahlı qruplara qarşı qiyam qaldırdıqlarını bildirib: “ABŞ-ın təyin etdiyi YPG rəhbərliyi və yerli hakimiyyət orqanları humanitar məsələləri həll edə bilməzlər. Bölgədəki insanlar repressiya və cəza ilə üzləşirlər. Bu da yerli əhali arasında böyük narazılıq yaradır”.

Qeyd edək ki, Rakkanın azad edilməsi əməliyyatı başlayanda Türkiyə prezidenti R.T. Ərdoğan 15 may 2016-cı il tarixində “Birlikdə şəhərə girək” təklifini irəli sürməklə ABŞ komandanlığını xəbərdar etmişdi. Amma təəssüf ki, dünyanın ən güclü orduları arasında 8-ci yeri tutan Türkiyənin Silahlı Qüvvələri əvəzinə PYD və YPG-yə üstünlük verən ABŞ rəhbərliyi vaxtında bu xəbərdarlığa məhəl qoymamışdı. (Bizimyolinfo.com)

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …