Baş səhifə / Dünya / Kosovonun baş naziri də fətullahçı çıxdı

Kosovonun baş naziri də fətullahçı çıxdı

3

Haradinay Türkiyə Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq etdiyinə görə daxili işlər naziri və kəşfiyyat rəisini işdən qovdu

Dünən Türkiyə təhlükəsizlik qaynaqlarının yaydığı axtarılan 6 fətullahçı şəxsin Milli Kəşfiyyat İdarəsinin (MİT) Kosovo kəşfiyyatı ilə uğurlu əməliyyatla yaxalanması məlumatı Serbiyanın müstəqilliyini tanımadığı Kosovo Respublikası hökumətində böhrana səbəb olub. Bundan xəbər tutan baş nazir Pensilvaniyadan aldığı hədələrə tab gətirməyərək təcili tədbirlər görməyə başlayıb. Belə ki, Kosovo televiziyalarının “təcili” qrifi ilə “MİT-in fətullahçıları ələkeçirmə anı” kimi təqdim edtiyi görüntüdən sonra Kosovo baş naziri Ramuş Haradinay hökumətində dəyişiklik etmək məcburiyyətində qalıb. “Röyter” agentliyinin xəbərinə görə, Türkiyənin MİT əməkdaşlarının əməliyyatlarına şərait yaratdıqlarına görə baş nazir R. Haradinay kabinetdə daxili işlər naziri postunu tutan Flamur Sefay və Kosovo Kəşfiyyat İdarəsinin rəisi Driton Gaşini vəzifələrindən azad edib. Bu hadisədən sonra Kosovo baş nazirinin fətullahçı olması barədə idddialar səslənməyə başlayıb.

Qeyd edək ki, əməliyyatla ələ keçirilən 6 fətullahçı terror təşkilatının Balkan ölkələrindəki strukturlaşmasına cavadehlik fəaliyyətləri ilə yanaşı, Türkiyədəki təşkilat liderlərinin Avropa ölkələri və ABŞ-a qaçmalarını da təşkil etmək vəzifələrini yerinə yetirmişlər. Fətullahçılardan Cihan Özkan, Qəhrəman Dəmirəz, Həsən Hüseyn Günakan, Mustafa Ərdəm, Osman Qaraqaya və Yusif Qarabina adlı şəxslər MKİ tərəfindən xüsusi bir təyyarə ilə martın 29-da Türkiyəyə gətirilib. Əldə edilən məlumata görə, Türkiyə təhlükəsizlik orqanları Balkan ölkələrində terror təşkilatının strukturlaşmasına cavadeh olan Cihan Özkanın xeyriyyəçilik adı ilə bu ölkələrdə yığılan pulları təşkilat liderinin yaşadığı Pensilvaniya şəhərinə göndərmək işlərini idarə etdiyini müəyyənləşdirib. Kosovo gənclik təşkilatlanmasından məsul olan Qəhrəman Dəmirəz isə Balkan ölkələrində aktiv fəaliyyət göstərmiş və təşkilata çox sayda gənc üzvlərin cəlb olunmasının təmin edilməsində rol oynayıb. (Bizimyolinfo.com)

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …