Baş səhifə / Sağlamlıq / Alimlər yaraları anında sağaldan yapışqan icad etdilər (Video)

Alimlər yaraları anında sağaldan yapışqan icad etdilər (Video)

1

Moderator24.com xarici mətbuata istinadən xəbər verir ki, tikişlər olmadan da yaranın ağzını tez bağlayan yüksək elastikli yapışqan “MeTro” cərrahi əməliyyatlarda istifadə olunacaq. Onun təcrübədən keçirilməsi Science Translational Medicine jurnalında Avstraliyanın Sidney universitetinin alimlərinin müəllifliyi ilə dərc olunub.

“MeTro”dakı zülallar ultrabənövşəyi şüaların təsiri ilə elastik, amma möhkəm maddəyə çevrilir. “MeTro” yaraya sürtüləndən sonra onu bir dəqiqənin içində bağlayır. Maddə bundan sonra tədricən sorulur və aralanmış parçalar bərpa olunur. Alimlər qeyd edir ki, bundan sonra cərrahların uzun müddət istifadə etdikləri tikişlərə və metal qövslərə ehtiyac olmayacaq Bundan başqa, yapışqan təcili hallarda, məsələn avtomobil qəzalarında əvəzedilməz olacaq.

Bu maddə yalnız orqanizmin üst qatında deyil, daxili orqanlarda-ürəkdə, ciyərlərdə və damarlarda aparılan cərrahi əməliyyatlardan sonra da istifadə oluna bilər.

Yapışqanın nadir xüsusiyyətlərindən biri də onun müəyyən müddətə qədər proqlamlaşdırılmasıdır. Belə ki, yapışqanın sorulması bir neçə saat və ya bir neçə ay da davam edə bilər. Yapışqan bütün təcrübələrdən uğurla çıxıb.

Bunu da oxu:

Smartfona aludəçilyin ən böyük fəsadları

San-Fransisko Universitetinin alimləri müəyyən ediblər ki, hər il daha artan yeni elektron texnologiyalardan asılılıq, bağlılıq …