Baş səhifə / Sosial-İqtisadi / Azərbaycanda nəyə görə tərəvəz istehsalına subsidiya verilmir

Azərbaycanda nəyə görə tərəvəz istehsalına subsidiya verilmir

1

İşğal olunmuş torpaqlarımızda ermənilərə əkdikləri hər hektar tərəvəz sahəsinə görə ildə 400 dollardan çox pul verilir. Bizdə isə təkcə taxıl üçün hər hektara görə 40 manat dotasiya verilir. Çox maraqlıdır niyə tərəvəzə də bu tətbiq olunmur?

İqtisadçı alim, sabiq millət vəkili Əli Əlirzayev Moderator.az-a açıqlamasında bildirir ki, ölkədə vacib olan məhsullara subsidiya verilir:

“Hər hektara görə taxıl üçün 40 manat dotasiya verilir. Əslində çox da vermək olmaz. Taxıl vacib məhsullardan biridir. Ölkəni taxılla təmin etmək ölkənin təhlükəsizliyi demədir. Tərəvəz alternativ variantdır. Azərbaycanda hər kəsin tərəvəzlə bağlı öz ailə təsərrüfatı var.

İqtisadçı bildirib ki, tərəvəzə o vaxt subsidiya verilə bilər ki, xarici ölkələrə satılsın:

Mənim fikrimcə tərəvəz üçün pul vermək əvəzinə, su verilsə daha yaxşı olardı. Bu pul verilsə də, tərəvəz bazarında bunu reallaşdırmaq imkanları az olacaqdır. Tərəvəzə o vaxt subsidiya verilə bilər ki, xarici ölkələrə satılsın. Bu da bazardan asılıdır. Amma taxıl vacib məhsuldur. Buna görə də subsidiya vacib məhsullara verilir, vacib olmayan məhsullara subsidiya verilməsinin nə mənası var. Bazara çıxarılan tərəvəzin alıcısı olmalıdır. Hər bir məhsulun özünün vacibliyindən asılı olaraq ona subsidiya verilir. Tərəvəz tələbatı Azərbaycanda müəyyən miqdarda ödənilir. Taxıl tələbatı isə ödənilmir, ölkəyə xaricdən taxıl gətirilir. Xarici ölkədən gətirmək əvəzinə, özümüzdə taxıl istesal etmək daha yaxşıdır”.

Bunu da oxu:

Qazaxıstan boş iş yerlərinin çoxluğundan əziyyət çəkir – işçi tapılmır…

Bütün dünya və region ölkələri işsizlik problemi ilə üzləşdiyi bir vaxtda Qazaxıstanda kadr çatışmazlığı elan …