Baş səhifə / Hadisə / Cəlilabadda nişanlı oğlan toyqabağı intihar edib

Cəlilabadda nişanlı oğlan toyqabağı intihar edib

0

Cəlilabadda intihar hadisəsi baş verib.

Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Stansiya yaşayış massivində (keçmiş Novoqolovka kəndində) qeydə alınıb.

Həmin yaşayış massivinin 22 yaşlı Münasib Hakim oğlu Nəhmədov yaşadığı evin həyətyanı sahəsindəki yarımtikilidə özünü asıb.

Hadisə yerinə təcili yardım stansiyasının, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Bildirilir ki, M.Nəhmədov nişanlı olub və bu yaxınlarda toy etməyi planlaşdırırmış.

Faktla bağlı araşdırma aparılır.

Bunu da oxu:

Qatil 23 dəfə atəş açıb: Türkiyə universitetində qətliamın təfərrüatları açıqlandı (Foto / Video)

Universitetin əməkdaşları hadisəyə görə rektoru günahlandırır Türkiyənin Əskişəhər vilayətində yerləşən Osmanqazi Universitetinin Təhsil fakültəsində qətliam …