Baş səhifə / Sosial-İqtisadi / Azərbaycan neftinin qiyməti dəyişdi

Azərbaycan neftinin qiyməti dəyişdi

0

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 29-da 70,03 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,83 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti martın 29-da 69,42 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,82 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti martın 29-da 65,27 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,78 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə martın 29-da 67,32 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,83 dollar/barel azdır.

Bunu da oxu:

Qazaxıstan boş iş yerlərinin çoxluğundan əziyyət çəkir – işçi tapılmır…

Bütün dünya və region ölkələri işsizlik problemi ilə üzləşdiyi bir vaxtda Qazaxıstanda kadr çatışmazlığı elan …