Baş səhifə / Dünya / Türkiyə Afrini təmizlədi, 100 min qaçqın evinə qayıtdı

Türkiyə Afrini təmizlədi, 100 min qaçqın evinə qayıtdı

0

“Sputnik–Türkiyə”nin yaydığı informasiyaya görə, Suriya Müxalifətçi və İnqilabçı Qüvvələr Koalisiyasının (SMİQK) üzvü Fuad Eliko Afrindən qaçqın düşən vətəndaşların şəhərə qayıtmağa başladığını, artıq 100 min vətəndaşın Afrin şəhərinə və kəndlərinə yerləşdiyini söyləyib.

“Afrində qayıdanların sayı son 3 gün ərzində daah da artıb. 100 min vətəndaş Afrinə qayıdıb. Buna baxmayaraq hələ də bu rayonun qaçqın düşən 200 min sakini qayıtmayıb. Bu insanların da öz yurd-yuvalarına qayıtmasını istəyirik. Afrin xalqına xidmət etmək üçün qurulan Afrin Vətəndaş Məclisi isə işlərini davam etdirir. Afrin Vətəndaş Məclisi dünən Türkiyənin Qaziantep şəhərində yığıncaq keçirib. Mən də yığıncaqda iştirak edirdim. Afrinə icaredici rəhbərliyi həyata keçirmək üçün razılaşma əldə edildi. Sözügedən orqan üçün 115 nəfər seçiləcək. İdarəedici orqanda kürd, ərəb və türkmənlər təmsil olunacaq. Kürdlərin əhalinin əksəriyyətini təşkil etdiyi Afrində hakimiyyəti afrinlilər həyata keçirəcək. Afrin şəhər mərkəzində nəzarəti ASO qüvvələri keçirəcək, amma onlar şəhərin kənarında bazalaşacaq. Afrində daxili təhlükəsizliyi afrinlilərdən təşkil olunacaq Afrin polisi təmin edəcək. Afrin Vətəndaş Məclisi indi Afrin mərkəzində işlərinə başalayıb”,- deyə o bildirib.

Afrində talan və oğurluq edən ASO üzvü olan 200 nəfərin həbs olunduğuna diqqət çəkən F.Eliko bu məsələ ilə bağlı deyib: “Oğurluq və talanla əlaqədar istintaq hələ də davam edir. Afrində talan və oğurluq hallarının tamamilə başa çatdığını deyə bilmərik. Ancaq talanlar çox azalıb. Oğurlanan və talan edilən əşyalar və vasitələrin hamısı tapılaraq sahiblərinə qaytarılıb. Vəziyyət get-gedə normallaşır. Afrində icaredici hakimiyyət qurulsa, sakinlər qorxmadan evlərinə dönərlər. Oğurluq və talan halları sona çatar”.

Koalisiyanın üzvü Afrindəki digər problemlərə də toxunub: “Elektrik və su ilə əlaqədar problem var. Problemin aradan qaldırılması ilə əlaqədar işlər görülür. Türkiyə də çox yardım edir. Afrin üçün yeni sərhəd-keçid məntəqəsi açır. Bu məntəqə Cinderes bölgəsindəki Hamam kəndindən olacaq”. (Bizimyolinfo.com)

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …