Baş səhifə / Foto / Möcüzə yaradan əl yoqası: Sağlamlığınızı qoruyan 7 poza

Möcüzə yaradan əl yoqası: Sağlamlığınızı qoruyan 7 poza

29

Stres dolu dünyada yoqa təlimi sizin öz orqanziminizə edə biləcəyiniz ən böyük yaxşılıqlardan biridir. Təqdim edəcəyimiz ən sadə meditasiya üsullarından hər kəs bəhrələnə, əhval ruhiyyəsini və əsəb sistemini yaxşılaşdıra bilər.

Bunun  üçün sizə lazım olan pozaya hər gün cəmi 1 dəqiqə zaman ayırmanız lazımdır. Bizimyolinfo.com əl yoqasının ən təsirli 7 pozasını təqdim edir:

Surya Mudra

Bu poza çəkinin itirilməsinə yardımçı olur, həzm sisteminin vəziyyətini yaxşılaşdırır və metobolizmə stimul verir. Hər gün yarım saat bu vəziyyətdə qalmaqla bir neçə gündən sonra çəkinin azalmasına şahid olacaqsınız.

Pritvi Mudra

Bu, güc pozasıdır. Bu poza sağlamlığınızı möhkəmləndirməyə və infeksiyalardan qorunmağa kömək edir.

Vaayu Mudra

Sakitlik pozasıdır. Bu poza bədəndə oksigenin hərəkətini gücləndirir, aqressivliyi, hiperaktivliyi zəiflədir, əsəbləri sakitləşdirir.

Şunya Mudra

Bu şəkildə meditasiya ağrını aradan qaldırır. Əsasən başgicəllənmələri zamanı yaxşı kömək edir.

Giyan Mudra

Müdriklik pozasıdır. Yaddaşı gücləndirir, diqqəti bir nöqtəyə cəmləməyə kömək edir.

Varun Mudra

Bu poza artriti müalicə edir, hormonal vəziyyəti stabilləşdirir.

Aakaş Mudra

Artıq düşüncələrdən azad olmaq istəyənlər bu pozadan istifadə etməlidirlər.

Bu sadə meditasiya üsullarından hər gün bir dəqiqə müddətində  bəhrələnin, özünüzü xoşbəxt, sakit və sağlam hiss edin.

İlhamə Rəsulova / Bizimyolinfo.com

Bunu da oxu:

Dünyanı başqa tərəfdən göstərən 12 qeyri-adi foto

Fotoqraflar bizim adi hesab etdiyimiz hər şeydə qeyri-adilik görə bilirlər. Obyektivlərin köməyi ilə bizə təqdim …