Baş səhifə / Dünya / Venesiya: Küçəyə axıdılan kanalizasiya, 10 ildən bir yandırılan cəsədlər, qadağan olunmuş maskalar… (Fotolar)

Venesiya: Küçəyə axıdılan kanalizasiya, 10 ildən bir yandırılan cəsədlər, qadağan olunmuş maskalar… (Fotolar)

4

İtaliyanın Venesiya şəhərini bir çoxları romantik, bir çoxları da sıxıcı şəhər hesab edir. Bu şəhərlə bir qədər yaxından tanış olduqda isə onun görünən maskası altında bir çox sirlərin yatdığına şahid olursan.

Bir çox turistlər bildirilər ki, Venesiya çox pis iylənir. Çünki bu şəhərdə əlavə kanalizasiya xətləri yoxdur. Evlərin bütün çirkab suları birbaşa elə kanlallara axıdılır.

Venesiyanın məşhur maskalar karnavalının necə yaranması da maraqlı tarixə malikdir. Təxminən XVII əsrdə bu kiçik şəhərdə insanlar özlərini sərbəst hiss etmək üçün maskalar taxmağa başladılar. Sevgililər yad nəzərlərdən gizlənmək üçün maska ilə küçələrə çıxdı, kimisi utandığı bir xəstəliyini gizləmək üçün əczazçıya maskayala getməyə başladı və beləliklə, maskalar dəbə mindi.

Lakin çox keçmədi ki, maskalı cinayətlərin də sayı artdı və buna görə maskalardan istifadəyə ancaq müəyyən dövrlrədə icazə verildi. Beləliklə, ildə yalnız bir dəfə geyinilən maskalara görə maskalı ballar, karnavallar təşkil olunmağa başladı.

Maskalardan söz düşmüşkən, “Moretta” adlanan xüsusi qadın maskasından da bəhs etmək lazımdır. İlk baxışda bağlanmaq üçün heç bir vasitəsi olmayan bu maskanı başqa sözlə, “lal qulluqçu” da adlandırırdılar. Qadınlar bu maskanı üzlərində ağızları vasitəsilə saxlayırdılar – onun daxilə uzanan çıxıntısını dişləri ilə sıxıb saxladıqları üçün maska üzlərində ikən danışa bilmirdilər. Kişilərin fikrincə, belə qadınlar sirli və füsunkar görünürdü.

Tədqiqatçıalrın fikrinə görə, Venesiya küçələri əslində kanal deyil, keçmiş su basmış küçələrdir. Yeri gəlmişkən, Venesiya balıq formasındadır və bu balıq 118 adadan ibarətdir.

Bu şəhərdə bir çox qadağanlar var.

Venesiyada göyərçinləri yemləmək qadağandır. Bunun üçün 50-200 avro cərimə tətbiq olunur. Müqəddəs Mark meydanında xüsusi icazə verilən yerlərdən başqa yerdə oturmaq və ya uzanmaq üçün 200 avro cərimə təbiq olunur. Bu meydançada yemək yemək də 200 avro cərimə ilə nəticələnə bilər. Venetsiyada kanallarda çimməyin cəriməsi 500 avrodur. Şəhər mərkəzində velosiped, samokat, skeytbord kimi vasitələrlə gəzmək üçün də 100 avro cərimə ödəmək laızmdır.

Heç düşündünüzmü, bu şəhərdə ölənləri harada basdırırlar?

Venesiyada 118 adadan biri məzarlqı olaraq nəzərdə tutulub. Buna “kədərli ada” deyilir. Ölənəri burada dəfn edir, 10 ildən bir isə köhnə məzarları qazıb qalıqları yandırlar ki, hər kəsə yer çatsın.

Venesiyanın ABŞ-da kiçik əkiz qardaşı var.

1999-cu ildə Las-Veqasda Venesiya adlı kazino açıldı. Ətrafındakı kanallarda qandolalar üzən saxta Venesiyanın əslində daha gözəl olduğu bildirilir.

Bu şəhərdə ildə 100 dəfə baş verən Akva-Alta hadisəsi əslində dənizin qabarması ilə əlaqədardır. Əvvəllər ildə yalnız 9 dəfə qabarma baş verirdi və şəhərin ən alçaq hissəsi olan San-Marko meydanı iki metrə qədər su altında qalırdı.

Ümumiyyətlə, Venesiya ölmək üzrədir. Bəli, şəhər asta-asta suyun altına qərq olmaqda, binalar məhv olmaqdadır. Amma söhbət bundan getmir. Həddən artıq turist axınından bezən yerli əhali Venesiyanı tərk etməkdədir. İndi Venesiyada 55 min yerli əhali yaşayır. Bu şəhər əhalisinin məşhur bir zarafatı var: “Venesiyanın yerli əhalisi turistlərdir”.

Venesiya XX əsrin yan keçdiyi, qədim ab-havasını qoruyub saxlaya bilmiş nadir şəhərlərdən biridir. Nə qədər ki, o ayaqdadır, gedib gəzməyə dəyər.

İlhamə Rəsulova / Bizimyolinfo.com

Bunu da oxu:

9 uşaq atası sonsuz olduğunu öyrəndi və həyatı alt-üst oldu

Şimali Afrikanın müsəlman ölkəsi Mərakeşin yerli mətbuatının gündəmini anadangəlmə sonsuz olan, lakin indiyə qədər 9 …