Baş səhifə / Dünya / ABŞ PKK-çılardan ibarət 50 minlik ordu yaradıb?

ABŞ PKK-çılardan ibarət 50 minlik ordu yaradıb?

5

Amerikalı general YPG-çiləri Pentaqonun qüvvələrini əvəz edən əmrə müntəzir “ordu” adlandırıb

ABŞ-ın Suriya və İraqdakı hərbi əməliyyatları həyata keçirən xüsusi silahlı qüvvələrinin komandanı general R. Tomas məxfi yığıncaqda Yaxın Şərqdəki mövcud vəziyyətlə bağlı bəzi ciddi qənaətlərə gəlməyə kömək edəcək faktları açıqlayıb.

ABŞ-ın ən nüfuzlu təhlükəsizlik və hərbi jurnallarından hesab edilən “The Nation”da mühüm kəşfiyyat məlumatlarının olduğu hesabat paylaşılıb. “Donald Trampın hakimiyyətdə olduğu birinci ildə ABŞ xüsusi təyinatlı qüvvələrindən rekord səviyyədə istifadə edilib” sərlövəli hesabatda ABŞ-ın İraq və Suriyadakı qoşunlarının əksəriyyətinin ABŞ ordusunun ən seçilmiş qoşun növləri tərəfindən yaradılmış xüsusi təyinatlı qüvvələr olması vurğulanır.

ABŞ-ın xüsusi əməliyyatlar və qüvvələr (SOCOM) baş komandanı olan general Raymond Tomas ilk dəfə Kolorado ştatının Aspen şəhərində komandanlarla məxfi görüşləri barədə məlumat verdib. Bu məlumatlarda ABŞ-ın YPG terrorçularından necə istifadə etdiyi və öz qüvvələri ilə nisbətdə onların itkilərinin daha çox olması ilə fəxr etdiyi ortaya çıxır.

“The Nation” jurnalında nəşr olunan məlumatlara görə, R. Tomas qapalı görüşdə deyir: “ Hazırda İŞİD-ın paytaxtı Rakkanın mərkəzinə girdik. Tezliklə Rakka şəhərini əvəzedicimiz olan ordumuz (YPG) vasitəsilə ələ keçirəcəyik. Mən orada bizim üçün çalışan, əmrimizdən kənara çıxmayan və maraqlarımıza xidmət edən 50 minlik güclü bir ordudan bəhs edirəm. 2 il yarımdır bu müharibədə YPG minlərlə itki verdi və biz yalnız iki xüsusi əməliyyatçımızı itirdik. Hətta 2 də çoxdur, amma bu, böyük bir uğurdur”.

Göründüyü kimi, ABŞ komandanı PKK qüvvələrinə silah verdiyini, təlim keçdiyini etiraf edir və onların əmrində olan “ordu” hesab edir. Amma onların itki verməsini az qala uğur kimi təqdim edir. Nədənsə YPG və PKK üzvlərindən ibarət 50 minlik “ordu” Türkiyənin bir neçə birləşməsi qarşısında tab gətirə bilmir.

Onu da qeyd edək ki, bu günlərdə ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya Suriyada baş verən partlayışda daha iki əsgərini itirib. Yerli qaynaqlara görə, partlayış Türkiyə və ABŞ-ın maraqlarının toqquıduğu Suriyanın şimalındakı Mənbiçdə əsgərləri daşıyan nəqliyyat vasitəsi minanın üstündən keçəndə baş verib. Ölənlərdən brinin ABŞ, digərinin Britaniya əsgəriu olduğu bildirilir. (Bizimyolinfo.com)

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …