Baş səhifə / Hadisə / Azərbaycanda dəhşətli qəzada ölənlərin sayı 6 nəfərə çatıb (Siyahı + Fotolar)

Azərbaycanda dəhşətli qəzada ölənlərin sayı 6 nəfərə çatıb (Siyahı + Fotolar)

5

Lənkəranda ağır yol qəzası nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb və şəxsiyyəti müəyyənləşib.

Report“un Cənub bürosunun məlumatına görə, həyatını itirənlərin hamısı bir ailənin üzvləri və yaxın qohumlardır, eyni zamanda Lənkəranın Ləj kəndinin sakinləridirlər.

Ölənlər aşağıdakılardır:

Aslanov Faiq,

Aslanov Fikrət,

Aslanov Mərziyyə,

Aslanova Xanımgül,

Aslanov Namiq

Aslanova Məsmə,

Yaralılar:

Aslanov Ülvi Faiq oğlu, 7 yaş

“Shacman”ın sürücüsü Cəfərov Natiq Təvəkkül oğlu

*** 18:38

Lənkəran. 31 mart. REPORT.AZ/ Lənkəranda ağır yol qəzası nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

“Report”un Cənub bürosunun məlumatına görə, ölənlərin hamısı “Mitsubishi”də olublar.

Bir yaralı uşaq xəstəxanaya çatdırılıb.

Ölənlərdən 2-si kişi, 3-ü qadındır.

*** 18:14

Lənkəran. 31 mart. REPORT.AZ/ Lənkəran rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Cənub bürosunun məlumatına görə, qəza Ələt-Astara magistralının Lənkəran rayonunun Gərmətük qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, “Shacman” markalı yük maşını ilə “VAZ-21015” və “Mitsubishi” markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb.

Faktla bağlı araşdırma aparılı.

Bunu da oxu:

Qatil 23 dəfə atəş açıb: Türkiyə universitetində qətliamın təfərrüatları açıqlandı (Foto / Video)

Universitetin əməkdaşları hadisəyə görə rektoru günahlandırır Türkiyənin Əskişəhər vilayətində yerləşən Osmanqazi Universitetinin Təhsil fakültəsində qətliam …