Baş səhifə / Cəmiyyət / Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb

Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb

0

Bakı Şəhər Baş Polis İdarəsi martın 31-də paytaxtda keçirilən razılaşdırılmış mitinqlə bağlı məlumat yayıb.

İdarədən bildiriblər ki, martın 31-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Saat 15.00-dan 17.00-dək davam edən toplantıda Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Azərbaycan Xalq partiyalarının, Müsəlman Birliyi, “NİDA” hərəkatlarının, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1200-dək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb. (Bizimyolinfo.com)

Bunu da oxu:

Ermənistanda “məxməri inqilab” baş tutdu – Sarkisyan hakimiyyətdən getdi

Serjik 10 gün dözə bilmədi Aprelin 17-də parlamentdə təyin olunan Ermənistanın baş naziri Serj Sarqsyan, …