Baş səhifə / Dünya / Aprelin 1-dən Tac Mahala giriş məhdudlaşdırılacaq

Aprelin 1-dən Tac Mahala giriş məhdudlaşdırılacaq

0

Babur türk imperiyası dövrünün memarlıq incilərindən olan Hindistanın Aqra şəhəri yaxınlığındakı Tac Mahal sarayına turistlərin ziyarəti məhdudlaşdırılacaq. “İnetrfaks” agentlyinin yerli mənbələrə istinadən verdiyi xəbərə görə, səlahiyyətli şəxslər aprel ayının 1-dən etibarən Tac Mahala giriş biletlərinə vaxt məhdudiyyəti qoyulacağını və turistlərin içəridə üç saatdan çox qalmasının qadağan ediləcəyini bildiriblər.

Məlumata görə, Tac Mahala nəzarət edənləri belə bir addım atmağa ziyarətə gələn turist sayının gün ərzində 50 min nəfərdən çox olması və vaxt məhdudiyyəti qoyulmadığı üçün, nə vaxt gəlməsindən asılı olmayaraq, gün ərzində orada qalan turistlərin izdiham yaratması məcbur edib. Buna görə də, aprelin 1-dən Tac Mahala giriş üçün bilet alanlara üç saatdan artıq qalmamaq şərti qoyulacaq.

Xatırladaq ki, dünyanın yeni yeddi möcüzəsindən biri olan Tac Mahal XVII əsrdə Təbrizdən gətirilən memarların inşa etdiyi möhtəşəm türbədir. Hindistanda Babur İmperiyası dövrünə aid abidə 1631-ci ildə 14-cü uşağını dünyaya gətirərkən gənc yaşında vəfat edən xanımı Ərcümənd banu (Mümtaz Mahal) üçün hökmdar Cahan şahın tikdirdiyi Tac Mahalın tikintisində son dərəcədə parlaq, ağ mərmər işlədilib. Bu mərmərdən tikilən möhtəşəm qübbənin yerdən yüksəkliyi 82 metrdir. Qübbənin üzərindəki qızıl aypara bu yüksəkliyi daha da artırır. Türbənin ağ mərmərdən dörd minarəsi də var.

Tac Mahalın tikintisinə 1631-ci ildə başlanılıb və 1650-ci ildə başa çatdırılıb. Mümtaz Mahalın və öldükdən sonra onun yanında dəfn edilən Cahan şahın tabutları üst qatdadır. Tabutların olduğu yerdə hər səs möhtəşəm qübbədə yeddi dəfə əks-səda verir. Sənət əsəri kimi ayrıca bir xəzinə olan Tac Mahalın divarları həqiqi xəzinə daş-qaşları ilə örtülüdür. Yüz minlərcə əqiq, sədəf, firuzə qoyulmuş divarlarında 42 zümrüd, 142 yaqut, 625 brilyant, 50 çox böyük inci var. (Bizimyolinfo.com)

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …