Baş səhifə / Foto / Azərbaycanda 6 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı rəsmi açıqlama (Fotolar)

Azərbaycanda 6 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı rəsmi açıqlama (Fotolar)

9

Fövqəladə Hallar Nazirliyi Lənkəranda 6 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Bizimyolinfo.com-un FHN-nin saytına istinadən verdiyi xəbərə görə, məlumata əsasən, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Lənkəran rayonu, Gərmətürk kəndində “Ford” markalı yük və “Mitsubishi” markalı minik avtomobillərinin toqquşması barədə məlumat daxil olub. Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 6 nəfərin (1966-cı il təvəllüdlü Aslanov Fikrət Şirəli oğlu, 1968-ci il təvəllüdlü Aslanov Namiq Şirəli oğlu, 1976-cı il Aslanov Faiq Tofiq oğlu, Xanımgül Aslanova, Mərziyyə Aslanova və Vəsmə Aslanova) cəsədi xilasedicilər tərəfindən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

Bunu da oxu:

Dünyanı başqa tərəfdən göstərən 12 qeyri-adi foto

Fotoqraflar bizim adi hesab etdiyimiz hər şeydə qeyri-adilik görə bilirlər. Obyektivlərin köməyi ilə bizə təqdim …