Baş səhifə / Sağlamlıq / Dabanlarınız çatlayırsa, bu məsləhətlərə əməl edin

Dabanlarınız çatlayırsa, bu məsləhətlərə əməl edin

2

Yaşından və cinsindən asılı olmayaraq bir çox insanlar dabanlarının dərisinin sərtləşməsindən, çatlamasından və çat yerlərinin qaralmasından narahat olurlar. Bu həm estetik cəhətdən xoş görünmür, həm də müəyyən qədər ağrı verir. Ayaq dəriniz qırmızıya çalır, qaşınır, dabanlarda çatlar əmələ gəlirsə, bu ayaq dərinizin quru olmasından xəbər verir.

Səbəb isə budur ki, bədənin istənilən yerindən fərqli olaraq ayaq dərisində piy vəziləri yoxdur. Ayaqlarda nəmliyə tər vəziləri səbəb olur. Ayaqları yetəri qədər nəmləndirmək üçün bəzən piy vəziləri bəs etmir. Sabun, soyuq hava,az nəmlilik, günəş, isti duş, qocalma kimi səbəblər dabanın çatlamasına səbəb olur. Lakin heç bir dərd dərmansız deyil. Daban çatlamalarını evdə özünüz təbii vasitələrlə müalicə edə bilərsiniz.

Limon şirəsi

Limon turşusu ölmüş dərini əritməyə kömək edir. Buna görə dabanları limon  turşusunda 10-15 dəqiqə vanna edin, daha sonra dabandaşı ilə sürtərək dabanı təmizləyin.

Zeytun yağı – qurumuş ayaq dərisi üçün yaxşı köməkçi vasitə ola bilər.Zeytun yağına bir neçə damla lavanda və ya limonun efir  yağını əlavə etsəniz müalicəvi  effekti daha da gücləndirmiş olarsınız. Bütün inqredientləri bir bankaya yığıb süd rəngi alana qədər çalxalayın. Bu kremi çatlamış quru dəriyə çəkin.

Vazelin təcrübədən uğurla keçmiş ucuz və yaxşı vasitədir. Vazelini yalnız qurumuş  dəriyə deyil, həm də barmaq aralarına çəkmək lazımdır. Daha yaxşı nəticə almaq üçün vazelini gecələr çəkib, pambıq corab  geyərək yatın.

Şəkər tozu

Şəkər tozu əla skrab rolunu oynaya bilər. Bərabər hissədə götürülmüş zeytun yağı, qəhvəyi şəkəri qarışdıraraq   çatlamış dərini onunla 10-15 dəqiqə masaj edin.Sonra həmin hissəni soyuq su ilə yaxalayın.

Bal

Balın  tərkibindəki natural  fermentlər nəmliyi qorumağa və zədələnmiş dərinin bərpa olunmasına kömək edə bilər. Bal qatılmış ilıq suda ayaqlarınızı vanna edin. Dərinin yumşalmasına şahid olacaqsınız.

Süd

A vitamini ilə zəngin olduğu üçün sağlam və parlaq dərinin yaranmasına səbəb olur. Südün tərkibindəki süd turşusu ölmüş dərinin tökülməsinə, onların yerini sağlam hüceyrələrin tutmasına kömək edir.5-7  fincan isti suya 1 stəkan süd qataraq ayaqları vanna edin.

Küncüt yağı

Bu da əla yumşaldıcı vasitədir.Küncüt yağının tərkibində E vitamini və 3 müxtəlif  turşu var. O həm də antibakterial təsirə malikdir. Yatmazdan öncə, ayağınızı isti suda 10 dəqiqə vanna etdikdən sonra. küncüt yağı çəkin.

Sarıkök

Yeməklərdə sevə sevə istifadə etdiyimiz sarıkök ayaqlarınızın parlaq sarı rəngə düşməsinə səbəb olsa da mikoz kimi infeksiya nəticəsində dabanı çatlayanlara xüsusi kömək edəcək. 3 xörək qaşığı sarıkökü bir neçə damla kokos yağı ilə qarışdırış. Alınmış məlhəmi  çatlayıb qurumuş dəriyə çəkərək 20-30 dəqiqə gözləyin. Sonra ayağınızı ilıq su və sabunla yuyun.

İlhamə Rəsulova / Bizimyolinfo.com

Bunu da oxu:

Smartfona aludəçilyin ən böyük fəsadları

San-Fransisko Universitetinin alimləri müəyyən ediblər ki, hər il daha artan yeni elektron texnologiyalardan asılılıq, bağlılıq …