Baş səhifə / Dünya / Rusiyada 41 uşağı öldürən yanğına görə yüksək vəzifəli məmur istefa verdi

Rusiyada 41 uşağı öldürən yanğına görə yüksək vəzifəli məmur istefa verdi

0

“RİA Novosti” agentliyinin regional administrasiyaya istinadən yaydığı məlumata görə, martın 25-də şəhər mərkəzində yerləşən ticarət mərkəzində baş verən yanğından sonra sakinlərə qarşı bəzi səhvlərə yol verən Kemerovo qubernatoru Amangəldi Tuleyev istefası ərizəsi yazıb və bununla bağlı videomüraciət yayıb. Son məlumata görə, artıq Rusiya prezidenti V.Putin onun istefa ərizəsini qəbul edib və vilayət qubernatoru vəzifəsi onun müavini Sergey Sivilyova həvalə olunub.

Bundan əvvəl “Kommersant” qəzeti adını açıqlamadığı ımənbəyə istinadən məlumat vermişdi ki, A. Tuleyevin istefasının vaxtı regiondakı vəziyyətin öhdəsindən gəlməsi – istintaqın gedişinə kömək göstərilməsi və görülmüş tədbirlər barədə ictimaiyyətin məlumatlandırılması, ticarət mərkəzində baş verən yanğının qurbanlarının ailələrinə yardım göstərilməsindən asılı olacaq.

“Uşaqlarımızı öldürmək üçün hər şeyi etdiniz” devizi altında keçən Kemerovo valideynlərinin xilasedicilərlə görüşündən sonra 29 martda Rusiyanın RBK kanalı məlumat yaymışdı ki, A.Tuleyevin istefa qərarı “Qış albalısı” TM-də baş verən faciədən əvvəl qəbul edilib, lakin nümayəşkaranə işdən çıxarılma yaxın gələcəkdə planlaşdırılmır. Çünki indiki halda bu təzyiq altında alınan qərar kimi görünə bilərdi.

Şəhər sakinləri ilə görüş zamanı Vladimir Putin A.Tuleyevin istefası ilə bağlı suala qeyri-müəyyən cavab vermiş, ilk növbədə baş verənlərdə kimin günahkar olduğunu aydınlaşdırmaq gərəkdiyini qeyd etmişdi.

Qeyd edək ki, Kemerovo vilayətinin mərkəzində yanğın martın 25-də baş verib. Faciənin nəticəsində 64 nəfər, o cümlədən 41 uşaq həlak olub.

Xatırladaq ki, atası milliyyətcə qazax olan (anası tatar olub) 73 yaşlı Amangəldi Moldaqazı oğlu Tuleyev 1944-cü ildə Türkmənistanın indiki Balkan vilayətinin Türkmənbaşı (Krasnovodsk) şəhərində anadan olub. Rusiya siyasətinin tanınmış simalarından olan A.Tuleyev 1991-ci ilin prezident seçkilərində 7 faizə yaxın səs toplayıb. Hətta 2000-ci ildə V. Putinə rəqib olan A.Tuleyev 3 faizə qədər seçicilərin rəğbətini qazanıb, amma qubernator postunda da qalmağı bacarıb. 1997-ci ildən, 20 ildir (əvvəl seçkilərlə, daha sonra təyinatla) vilayətin qubernatoru vəzifəsini icra edirdi. Son illər dəfələrlə səhhəti pisləşən və müalicə olunan A. Tuleyev kiminsə köməyi olmadan ayaq üstə durmaqda çətinlik çəkirdi. (Bizimyolinfo.com)

 

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …