Baş səhifə / Dünya / Şimali Koreya niyə dünyaya açılmaq istəyir?

Şimali Koreya niyə dünyaya açılmaq istəyir?

1

25-28 mart tarixlərində Şimali Koreya lideri Kim Jong-un prezidentliyi dövründə ilk xarici səfərini Çinə edib. O, Pekində Çin sədri Si Szinpinlə görüşüb.

Görüş olduqca maraqlı bəyanatlar və qarşılıqlı vədlərlə yadda qalıb. İlk olaraq onu deyim ki, ABŞ-Çin arasında soyuq küləklərin əsdiyi və Şimali Koreya ilə Cənubi Koreya arasında buzların əridiyi bir dövrdə baş verməsi olduqca maraq doğuran haldır. İstərdim ilk öncə görüşün bəzi önəmli təfərrüatlarından bəhs edim.

Görüş zamanı Çinin lideri xalqların rifahının yaxşılaşdırılması, bölgədəki sülh və sabitliyin möhkəmləndirilməsi məqsədi ilə iki dövlətin qarşılıqlı maraqlarının qorunması və sülh naminə Pxenyanla əməkdaşlığın davamlı olaraq möhkəmləndirilməsini təmin edəcəklərini bildirdi. Çin rəhbəri əslində bu ifadəsində bir növ gələcəkdə Koreya Xalq Demokratik Respublikasıyla (KXDR) daha geniş əlaqələrin qurulacağın mesajlarını vermiş oldu.

Bildiyiniz kimi Çin 21-ci əsr İpək yolu çərçivəsində önəmli addımlar atmaqdadır.Təbii ki, bu ilk növbədə ABŞ tərəfinə sərf etmir. Bir sözlə desək Çin Şimali Koreyanı İpək yolu çərçivəsində öz tərəfinə çəkmək niyyətindədir. Lakin Şimali Koreyanın nüvə sınaqları və regionda gərginliyi artırması Çini Şimali Koreyayla ehtiyatlı olmağa məcbur edir.

Kim Çen In öz növbəsində bildirib ki, KXDR rəhbərliyi hər zaman Çinlə tərəfdaşlıq əlaqələrinin gücləndirilməsinə böyük diqqət yetirir. “Çinlə dostluğun inkişafı bizim seçimdir və heç bir şey onu dəyişə bilməz” – bu Şimali Koreya liderinin fikridir. Kim Çen İn də əslində anlayır ki, hazırki daxili və xarici siyasət uzun vədəli deyil, ciddi problemlərlə üzləşə bilər. Bu baxımdan Çinlə arasını daima yaxşı tutmağa məcburdur.

Birincisi, iqtisadi cəhətdən buna məcburdur. Çünki hazırda qapalı bir ölkə olan Şimali Koreya ən geniş şəkildə Çinlə əlaqələr qurur. Digər tərəfdən nəzərə almaq lazımdır ki, dünyadakı kommunist siyasi idarəyə sahib barmaqla sayılan ölkələrdən ikisi məhs Çin və Şimali Koreyadır. Digər önəmli məqam isə Şimali Koreya lideri Kim Çen İnin “Cənubi Koreya və ABŞ bizim yaxşı niyyətli səylərimizə qarşılıq verərsə, Koreya yarımadasının nüvə problemi həll oluna bilər” ifadəsini səsləndirməsidir. O, Cənubi Koreya və ABŞ liderləri ilə görüşərək dialoq qurmağa hazır olduğunu dilə gətirib. Bu görüsdən mən belə bir nəticəyə gəldim ki Şimali Koreya lideri Çindəki kimi siyasi cəhətdən kommunist iqtisadi cəhətdən isə liberal dəyərlərə əsaslanan yeni bir siyasi yol qurmaq səyləri güdür.

Düşünürəm ki, Şimali Koreya lideri sərt güc dünyadan təcrit siyasətinin gələcəkdə hakimiyyətini sarsıda biləcəyin düşünür. Bunun üçün əsaslı faktlar var. Elə götürək ən aktual məsələ olan hər il 100-dən çox insanın sərhədi keçərək Cənubi Koreyaya qaçmasını.Və yaxud çox bilinməsə də Şimali Koreya siyasi elitasında son zamanlar artan kadr dəyişiklikləri. Bu isə artıq müəyyən narazılıqların olduğunun göstəricisidir. Bütün bu halları nəzərə alaraq belə bir nəticəyə gələ bilərik ki, Kim Çen İn Şimali Koreyanı Çin bəzəri bir ölkə etmək niətindədir. Bunun üçün də ilk olaraq beynəlxalq arenada yaxşı imic yaratmaq lazımdır. Bu məqsədlə Şimali Koreya lideri Çin rəhbəriyə görüsdə Koreya yarımadasındakı prosesləri, Şimali Koreyanın Cənubi Koreya və ABŞ ilə ayrı-ayrılıqda təşkil edəcəyi liderlər zirvəsinə dair məsələləri müzakirə edib.

Onu da qeyd edim ki, Şimali Koreya liderinin ABŞ Prezidenti Donald Tramp ilə görüşəcəyi gözlənilir. Belə düşünürəm ki, Şimali Koreya ya bir zamanlar SSRİ-nin taleyini bölüşüb tarix səhnəsindən silinəcək ya da Çin kimi dünyanın lider iqtisadiyatı olmaq yoluna qədəm qoycaq.

Turan Rzayev, Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti (Moderator.az)

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …