Baş səhifə / Ulduz falı / Günün ulduz falı: 2 aprel, 2018

Günün ulduz falı: 2 aprel, 2018

9

Bizimyolinfo.com 2 aprel, 2018-ci il tarixi üçün ulduz falını təqdim edir:

Qoç

Söhbətlər və mübahisələr çox vaxt aparır və əksər hallarda tamamilə mənasız olur. Sizin nə ilə məşğul olmağınızdan xəbərsiz insanlar yersiz məsləhətlər verir, bu isə sizi qıcıqlandırır. Buna baxmayaraq, xoşagəlməz emosiyalara imkan verməmək üçün dostca və optimistcə olan hisslərinizi saxlamağa çalışırsınız. Bu, ətrafdakılarda yaxşı təəssürat yaradır. Yeni tanışların kömək edəcəkləri istisna olunmur. Romantik görüş üçün yaxşı tarixdir, bu gün sizin sevimli hesab etiyiniz insanlarla ünsiyyət qurmaq üçün münasibdir. Günün birinci yarısında yaşlı qohumlarla münasibətlərdə gərginlik ola bilər, axşam tərəfi isə siz ümumi dil tapacaqsınız.

Buğa

Biznesdə təşəbbüs göstərmək üçün əlverişli gündür. Fikirləriniz dəstək ala biləcəyinizə heç bir şübhə yoxdur. Ətrafınızdakı insanlar sizə kömək etmək və ya faydalı məsləhətlər vermək istəyirlər. Romantik asılılıq istisna edilmir, işgüzar nühitdə tanışlıq başgicəlləndirici sevgi macərası üçün təməl ola bilər. Şəxsi münasibətlərə aid olan hər məsələdə intuisiyanıza güvənin. Sizin inadkarlığınız çətinlikləri aradan qaldırmağa kömək edə bilər. Qeyri-standart qərar qəbulu əksər hallarda uğurlu olur. Başqalarının geri çəkildiyi maneələrin qarşısında münasib yol tapa və hədəfə çata bilərsiniz.

Əkizlər

Günün əvvəlində öz resurslarınıza güvənmək və hər hansı bir vacib məsələni özünüz həll etmək daha yaxşı seçimdir. Bu zaman birgə fəaliyyət haqqında kiminləsə razılaşma əldə etmək adi hallardan daha çətindir. Ən yaxın insanlarla belə mübahisələr mümkündür, çünki onlar həmişə sizi düzgün başa düşmürlər. Lakin axşam yaxınlaşanda ümumi bir dil tapmaq asanlaşa və yeni müttəfiqlər əldə edə bilərsiniz. Yaxşı sövdələşmələr ehtimal edilir. Bizneslə məşğul olan Əkizlər gəlirlərini artırmaq üçün imkan tapacaqlar. Pul mükafatı və hədiyyələr istisna edilmir.

Xərçəng

Ətrafınızdakılarla ümumi bir dil tapmaq çətin ola bilər. Başqalarına yaxınlaşmaq üçün yol axtarmaqdan əvvəl, hisslərinizi başa düşməyə çalışın. Həqiqətən nə istədiyinizi və nəyə nail olmağa hazır olduğunuzu başa düşmək üçün vaxt lazımdır. Əksər halalrda işlər narahatlıqla mübarizə, təhlükəli fikirlər və xoşagəlməz təcrübələrdən uzaqlaşmağa kömək edir. İşlərinizdə köhnə tanışların dəstəyinə arxalana bilərsiniz. Əmlak, tikinti, təmir və ya köçürmə işləri ilə əlaqədar olan vacib məsələləri həll etmək üçün münasib vaxt deyil.

Şir

Vacib işlərinizi və məsuliyyət tələb edən görüşlərinizi günün əvvəlinə planlaşdırmayın. Bu zaman istirahət etmək, dostlarla qısa ünsiyyət qurmaq daha ideal seçimdir. Siz nəticə əldə etməyi düşünmədiyiniz təqdirdə yorucu olmayan və maraqlı bir işlə məşğul ola bilərsiniz. Günün ikinci yarısı isə çox uğurlu və məhsuldar olacaq və işdə müvəffəqiyyət vəd edir. Nəfsinizə hakim olmağınız çətindir. Öz daxili istəyinizin ardınca getsəniz, bu, ciddi planlaşdırılmamış xərclərə səbəb ola bilər. Böyük məbləğlərlə məşğul olmamaq üçün maliyyə məsələlərinin həllini təxirə salmaq daha yaxşıdır.

Qız

Əla gündür. Əgər boş-boşuna vaxt sərf etməsəniz, böyük müvəffəqiyyət əldə edəcəksiniz. Biznes danışıqları, dövlət təşkilatlarının nümayəndələri ilə görüşlər uğurlu keçəcək. Yalnız özünüz üçün deyil, başqaları üçün səmərəli işlər görün: digər insanların maraqlarını qoruya, çətin vəziyyətdə olanlara kömək edə bilərsiniz. Tezliklə əlverişli olanı öyrənmək, faydalı tanışlıqlar əldə etmək üçün bir fürsət əldə edəcəksiniz. Yaxınlarla ortaq bir dil tapmaq asandır, anlaşılmazlığa səbəb yoxdur. Romantik tanışlıqlar istisna edilmir. Bu gün başlayan münasibətlər tez bir zamanda ciddi bir xarakter daşıyacaq.

Tərəzi

Gün qeyri-ənənəvi yanaşma, ixtiraçılıq və təxəyyül tələb edən işlər üçün idealdır. İlham və yaradıcılıq lazım olan yerdə sizi əvəz edə bilən tapılmaz. Əzm, dəqiqlik və diqqət tələb edən tədqiqatlarla gəlincə, vəziyyət daha da pisləşir. Bu zaman, adətən, səhvlər daha çox olur. Əgər yanınızda istənilən vaxt sizi xilas etməyə gələn və ya görülən işləri yoxlayan bir şəxs varsa, işiniz asan olacaq. Şəxsi əlaqələrdə dəyişikliklər ehtimalı böyükdür. Yaxınlarınızla qarşılıqlı anlaşmaya nail olmağı əngəlləyən problemləri həll etmək üçün bir yol tapacaqsınız.

Əqrəb

Gün tamamilə gərgin keçəcək. İşlər gözlədiyinizdən daha çox olacaq, hər dəqiqənin hesabını aparmalısınlz. Rədd etmək istəməyəcəyiniz maraqlı təkliflər istisna edilmir. Siz uğur əldə edə bilərsiniz, amma bu o qədər asan olmayacaq. Hadisələrin gedişində çox şey öyrənməyə hazır olmalı, başqasının təcrübəsindən nəsə öyrənməlisiniz. Çox güman ki, gün ərzində sizə tez-tez dəstək lazım olacaq. Peşəkar və şəxsi əlaqələri qarışdırmaq lazım deyil. İş yerində məhəbbət macərasından çəkinmək lazımdır. Dostlarla biznesdən danışmayın, söhbət üçün digər mövzular tapmaq daha yaxşıdır.

Oxatan

Sizi çox maraqlı bir gün gözləyir. Bəzi perspektivli layihələrə işləmək, istedadınızı tətbiq etmək imkanı qazanacaqsınız. Ətrafınızdakı insanlar sizin bilik və təcrübənizə heyrət edəcək. Kimsə sizə əlverişli şərtlərlə əməkdaşlıq təklif edə bilər. Yeni iş üsullarını təcrübədən keçirməyə cəhd edə bilərsiniz. Ailənizdə xoş hadisələr baş verə, yaxınlarınızla münasibətlər yaxşılaşa bilər. Günün yaxın gələcəkdəki planları qohumlarınızla müzakirə etmək üçün münasibdir.

Oğlaq

İş üçün əlverişli gündür. Adi gün olsa da, darıxdırıcı və monoton olmayacaq, bir çox problemlərin həlli üçün yeni üsullar tapa bilərsiniz. Daha əvvəl başlanan işləri tamamlamaq üçün çox səy göstərmək lazım gəlməyəcək. Müvəffəqiyyətli danışıqlar, uğurlu çıxışlar gözlənilə bilər. Keçmişdə sizə şübhə ilə yanaşanalrda belə, yaxşı təəssürat yarada bilərsiniz. Kiçik bazarlıq üçün əlverişli bir gündür: sərf olunan puldan təəssüflənməyəcək, uzun müddət satın aldıqlarınızdan məmnun olacaqsınız. Xüsusən sevdiyiniz adamla yola çıxırsınızsa, bu, pis səfər olmayacaq.

Dolça

Günün əvvəliində, əhvalınızda tarazlığı saxlamaq çətin olacaq. Emosional mənzərə qeyri-sabitdir, hər hansı boş şey məyusluq yarada bilər. Ancaq vaxt keçdikcə, əhval-ruhiyyəniz yaxşılaşacaq, eyni zamanda maraqlı fəaliyyətlər tapacaqsınız, biznesdə uğurlar isə daha etibarlı hiss olunur. Qadınlarla, həmkarlarınızla, yaxınlarınızla və tanışlarınızla fikirayrılığı istisna edilmir. Haqlı olduğunuzu sübut etmək üçün səbirli olun. Nə baş versə də, kiçik məqamlara diqqət verməyə çalışın, heç nəyi gözdən qaçırmayın. Detallara diqqət yetirmək çox vacibdir, çünki onlar həlledici rol oynaya bilərlər.

Balıqlar

Siz asanlıqla dostlaşırsınız, adətən, heç kəsin xoşuna gəlməyənlərlə də dil tapa bilirsiniz. Yeni müttəfiqlər və tərəfdaşlar ola bilər. Onlarla əməkdaşlıq yalnız səmərəli deyil, eyni zamanda xoş olacaq. Nüfuzlu şəxsləri maraqlandırmaq, onların dəstəyini almaq üçün yaxşı fürsətdir. Lakin bu gün imzalanmış müqavilələrin sonradan yenidən nəzərdən keçiriləcəyini yaddan çıxarmayın. Sevdiyinizə qarşı daha diqqətli olmalısınız: münasibətlərinizi qısqanclığın korlaması kimi bir təhlükə var. Günün ikinci yarısında həlli ciddi xərclər tələb edən məişət problemləri ortaya çıxa bilər.

Bunu da oxu:

Ulduz falı: 23 aprel, 2018

Qoç Günün başlanğıcı işgüzar görüşlər, iş məsələləri və gələcək planların müzakirəsi üçün uyğundur. Faydalı tanışlıqlar …